Naxçıvan Şahmat Mərkəzində “Naxçıvan şahmatçılarının oyunlarının təhlili”, “Orta məktəblərdə yarışların keçirilmə qaydaları” və “Siciliya müdafiəsinə aid oyunların təhlili” mövzularında növbəti interaktiv dərs keçirilib.
İlk iki dərs beynəlxalq dərəcəli hakim Emin Hacıyev, sonuncu dərs isə beynəlxalq usta Urfan Sevdimalıyev tərəfindən keçirilib.
Ümumtəhsil məktəblərinin şagirdləri üçün “Naxçıvan şahmatçılarının oyunlarının təhlili” mövzusunda keçirilən interaktiv dərsdə məktəbin şagirdlərinin respublika yarışlarında oynadıqları oyunlar haqqında məlumat verilib, oyunlar təhlil olunub. Şagirdləri maraqlandıran vəziyyətlər izah olunub. Qeyd edək ki, interaktiv şahmat məşğələsi 12:00-da ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər, saat 15:00-da isə rayon şahmat məktəbləri üçün keçirilib.
İnteraktiv dərs zamanı şahmatçıları maraqlandıran suallar da cavablandırılıb. İnteraktiv dərs muxtar respublikada 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən elektron lövhə vasitəsilə izlənilib.