• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün4966
mod_vvisit_counterDünən1304
mod_vvisit_counterBu həftə9151
mod_vvisit_counterBu ay41483
mod_vvisit_counterÜmumi2508748

Tarix: 25 Apr., 2024

Bəhruz Kəngərlinin 131 illik yubleyinə həsr olunmuş müsabiqə keçirilib

Yanvarın 17-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin  təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində realist rəssam, rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Bəhruz Kəngərlinin 131 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib. Müsabiqədə Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq və Texniki Yaradıcılıq Mərkəzinin “Rəsm” dərnəyinin üzvləri iştirak edib. Müsabiqənin təşkilində məqsəd yeniyetmə və gənclərə Bəhruz Kəngərlinin milli təsviri incəsənətimizin inkişafı və zənginləşdirilməsi yolunda göstərdiyi xidmətləri təbliğ etməkdən ibarət olub. Rəsm müsabiqəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Elxan Babayev, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin  direktoru Ceyran Alməmmədova və mərkəzin rəsm dərənəyinin rəhbəri Səyyad Bayramov dərnək üzvlərinə rəssamlıq sənətimizdə boyakarlıq, qrafika, dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərənin  müstəqil janr kimi formalaşmasında böyük xidmətləri olan ilk Azərbaycan realist rəssamı Bəhruz Kəngərlinin keçdiyi ömür yolu və rəssamın təsviri sənətimizdə tutduğu mövqe barədə məlumat veriblər. Bildirilib ki, 30 illik ömründə əbədiyaşar əsərlərə həyat verən, incəsənət tariximizin unudulmayan nümayəndəsinə çevrilən Bəhruz Kəngərli cəmi 7 il yaradıcılıqla məşğul olmasına baxmayaraq 2000-dən çox dəyərli sənət əsərləri yaratmış, özündən sonra zəngin irs qoymuşdur.
Müsabiqədə dərnək üzvlərinə öz bacarıqlarını nümayiş etdirmələri üçün 2 saat vaxt ayrılıb. Bu  vaxt ərzində dərnək üzvləri təsviri sənət janrına müraciət etməklə mövzuya uyğun rəsmlər çəkiblər.
Müsabiqənin yekun nəticələrinə görə I yerə Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvü Maral Tarverdiyeva, II yerlərə Heydər Əliyev Yaradıcılıq Mərkəzinin dərnək üzvü Gülnur Həsənova,  Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvü Səadət Əlizadə, III yerlərə isə  Heydər Əliyev Yaradıcılıq Mərkəzinin dərnək üzvləri Sara İsmayılova,  Həsən Nəsirov, Südabə Rəhimova layiq görülüblər.
Müsabiqənin yekununda şagirdlər diplomlarla mükafatlandırılıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg