Yanvarın 18-də Bəhruz Kəngərlinin anadan olmasının 131-ci ildönümü münasibəti ilə “Görkəmli rəssamın sənət dünyası” mövzusunda ümumtəhsil məktəbləri ilə Bəhruz Kəngərlinin Ev Muzeyi arasında interaktiv dərs keçirilib.
İnteraktiv dərsi muzeyin bələdçisi Zümrüd Əhmədova aparıb. Dərsdə qeyd edilib ki, Naxçıvan torpağı Azərbaycan xalqına görkəmli şəxsiyyətlər bəxş edib. Belə şəxsiyyətlərdən biri də milli rəssamlığın inkişafında özünəməxsus rol oynayan, Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, ilk realist fırça ustası Bəhruz Kəngərlidir. O, 1892-ci il yanvarın 22-də Naxçıvan şəhərində anadan olub. İlk peşəkar rəssam kimi Tiflisdə oxuyandan sonra Naxçıvana qayıdıb və burada öz dövrünün tarixi abidələrini, insanlarını və onların həyat tərzini əks etdirən əsərlər çəkib.
Zümrüd Əhmadova şagirdlərə muzey barədə də ətraflı məlumat verərək bildirib ki, fondda ümumilikdə 1300-ə yaxın eksponat vardır ki, bunlardan 396 ədədi ekspozisiya zallarında sərgilənir. Binanın birinci mərtəbəsində yerləşən 4 ekspozisiya zalında 186, ikinci mərtəbədə yerləşən 5 ekspozisiya zalında isə 210 eksponat nümayiş olunur. Nümayiş olunan eksponatlardan 61-i rəssamın orijinal rəsm əsərləridir.
Şagirdlərə muzeydə sərgilənən rəssamın həyat və yaradıcılığını əks etdirən müxtəlif sənədlər, rəssamın istifadə etdiyi şəxsi və məişət əşyaları, etüd çantası, özünün və qohumlarının fotoşəkilləri, müxtəlif illərdə tanınmış fırça və tişə ustalarının Bəhruz Kəngərliyə həsr etdikləri təsviri və tətbiqi sənət nümunələri nümayiş etdirilib.
İnteraktiv dərs muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbinin şagirdləri tərəfindən izlənilib.