• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1223
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə1223
mod_vvisit_counterBu ay46377
mod_vvisit_counterÜmumi2930516

Tarix: 23 Dek., 2024

Ümumtəhsil məktəblərində “Zəfər tariximiz” və “Şəhidlər unudulmur” adlı guşələr yaradılacaq

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab  İlham Əliyevin rəhbərliyi ilə qəhrəman və rəşadətli ordumuz Ermənistanın yeni işğal planlarının qarşısını almaq, torpaqlarımızı qəsbkardan azad etmək məqsədi ilə 2020-ci il sentyabrın 27-dən başladığı və 44 gün ərzində həyata keçirdiyi Zəfər yürüşündə möhtəşəm tarixi qələbə qazandı. Azərbaycanın qəhrəman oğulları 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad edərək Azərbaycan xalqına böyük qələbə sevinci bəxş etdilər.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən tariximizin ən parlaq səhifəsindən olan bu tarixi qələbəni, qəhrəman ordumuzun zəfər yolunu və  Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan qəhrəman oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərliklərinin və qəhrəmanlıqlarının təbliği, məktəblilərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə muxtar respublikanın ümumtəhsil məktəblərində “Zəfər tariximiz” və “Şəhidlər unudulmur” adlı  guşələrinin yaradılması nəzərdə tutulub. “Zəfər tariximiz” guşəsində Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fotoları, Zəfər Gününün təsis edilməsi haqqında sərəncam, 44 günlük müharibənin qısa xronikası, Prezidentimizin zəfər tariximizlə bağlı fikirləri və Zəfər Gününü özündə əks etdirən fotoşəkilləri yer alacaq.
Muxtar respublikada fəaliyyət göstərən 212 ümumi təhsil müəssisəsinin hər birində  “Zəfər tariximiz” guşəsi  yaradılacaq.
“Şəhidlər unudulmur” guşəsində isə həmin məktəbdə təhsil almış şəhidlərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi, doğum tarixi və keçdiyi döyüş yolu haqqında məlumatlar yerləşdiriləcək. Muxtar respublikanın 212 ümumi təhsil müəssisəsindən 190-da  məzunlardan  şəhidlik zirvəsinə ucalanlar var. Buna görə də  190 məktəbdə “Şəhidlər unudulmur” guşələrinin yaradılması nəzərdə tutulub.
Qeyd edək ki, Ölkəmizin  ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Naxçıvamn Muxtar Respublikasından da 483 igid övladımız şəhidlik zirvəsinə ucalıb. Onlardan 342-si I Qarabağ Müharibəsinin, 141-i isə II Qarabağ Müharibəsinin şəhidləridir ki, bu şəhidlərin hər biri haqqında oxuduqları məktəbdə  məlumat və fotolar bu guşələrdə yerləşdiriləcək.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg