Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanmış illik qrafikə uyğun olaraq muxtar respublikanın ümumtəhsil məktəblərinin VI və VII siniflərində təhsil alan şagirdlər üçün STEAM təhsili ilə bağlı növbəti interaktiv dərs təşkil edilib.
Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzindən keçirilən interaktiv dərs “Lego təhsil dəstlərinin tədrisdə istifadəsi və şagirdlərin inkişafına təsiri” mövzusuna həsr olunub. İnteraktiv dərsdə şagirdlərin diqqətinə çatdırılıb ki, lego dəstləri robototexnika və proqramlaşdırmanı öyrənmək üçün uşaqlar üçün nəzərdə tutulmuş təhsil vasitələrindən biridir. Robototexnika öyrədilməsi çətin bir mövzudur və lego dəstləri bəzi çətin maneələri aradan qaldırmağa və şagirdləri əyləncəli və maraqlı layihələrlə robotexnikanı öyrənməyə tez bir zamanda kömək edir. Sadə və qabaqcıl proqramlaşdırma funksiyaları vasitəsilə sensor məlumatlarının toplanması, təhlili, proqram təminatından istifadəyə imkan verir. Şagirdlər müxtəlif bloklardan mexanizmlərdən, mühərriklərdən, sensor və onları idarə edən ağıllı bloklardan istifadə edərək, müxtəlif model robotlar qurur və kodlaşdırırlar. Lego dəstlərinin məktəblərdə tədrisi şagirdlərin riyazi hesablamaların, məntiqi əməliyyatların yerinə yetirilməsini və dəqiq fənləri qavramağa köməklik edir. Buda şagirdlərin məlumatlarının təhlili prosesinə, inkişafına və qiymətləndirmə bacarıqlarına müsbət təsir göstərir.
Qeyd edək ki, interaktiv dərs muxtar respublikanın STEAM təhsil metodu tətbiq edilən 112 təhsil müəssisəsində izlənilib.