• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1273
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə1273
mod_vvisit_counterBu ay46427
mod_vvisit_counterÜmumi2930566

Tarix: 23 Dek., 2024

Vayxır kənd tam orta məktəbi üçün müasir tədris imkanlarına malik yeni bina inşa olunub

Bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafın yeni mərhələsindədir. Quruculuq işlərinin və sosial proqramların miqyasının genişlənməsi dövlət-xalq birliyini daha da möhkəmləndirir. Babək rayonunun Vayxır kəndində genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsi bu sahədə görülən işlərin davamıdır
Fevralın 1-də Vayxır kənd tam orta məktəbinin binası yenidənqurmadan sonra istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov məlumat vermişdir ki, Babək rayonunun Vayxır kəndində 378 şagird yerlik tam orta məktəb binasının yenidən qurulmasına 2022-ci ilin mart ayında başlanılmışdır. 2 mərtəbədən ibarət olan məktəb binasında 21 sinif otağı, 2 elektron lövhəli sinif, kompüter sinfi, şahmat sinfi, hərbi kabinə, STEAM kabinəsi, müəllimlər otağı, kimya, biologiya, fizika laboratoriyaları, kitabxana, idman zalı və digər otaqlar yerləşir. Təhsil prosesinin informasiya texnologiyaları əsasında təkmilləşdirilməsi və interaktiv təlim metodlarından istifadə yüksək nəticələrin qazanılmasına imkan verir. Belə ki, məktəbin fizika laboratoriyasında, STEAM kabinəsində və digər 2 sinifdə olmaqla cəmi 4 elektron lövhə quraşdırılmış, məktəbin optik rabitə sistemi ilə internet şəbəkəsinə qoşulması təmin edilmişdir. Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov Vayxır kənd tam orta məktəbinin yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir ki, Ümummilli Liderimiz Heydər Əliyevin yolunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmiz inkişafa qovuşub. Ölkəmizdə digər sahələrin inkişafı ilə yanaşı, təhsil sahəsi də yüksək səviyyədədir. Bu da imkan verir ki, gənclərimiz savadlı kadr kimi yetişsinlər. Ümummilli Liderimiz deyirdi ki, “Təhsil sahəsində əldə etdiyimiz nailiyyətlər bizim milli sərvətimizdir”. Deməli, təhsil ölkənin gələcəyidirsə, təhsildə əldə olunan nailiyyətlər isə ölkənin milli sərvətidir. Ona görə də ölkəmizdə məktəb işinə bu qədər diqqət və  qayğı göstərilir, tədris müasir tələblər səviyyəsində qurulur. Baş nazir bildirib ki, bu gün elə bir sahə yoxdur ki, orada yeni texnologiyalar tətbiq olunmasın. Bunun üçün də şagirdlər müasir texnologiyaları yaxşı mənimsəməli, daha yaxşı öyrənməlidirlər ki, gələcəkdə təhsillərini müxtəlif ali və orta ixtisas təhsili məktəblərində davam etdirə bilsinlər. Kollektivin qarşısında duran əsas vəzifə gənclərimizə yaxşı təhsil verməklə cəmiyyətin gələcək inkişafını təmin etməkdir. Bunun üçünsə məktəbdə hər cür şərait yaradılıb. Yaradılan şəraitdən düzgün istifadə olunarsa, təhsil ocağı nailiyyətlərini daha da artırar. Baş nazir kollektivə uğurlar arzulamışdır. Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək demişdir ki, Ulu Öndərin təhsilə, müəllim əməyinə qayğıkeş münasibəti ölkəmizdə və onun tərkib hissəsi olan muxtar respublikamızda uğurla davam etdirilir. Təhsil müəssisələrinin infrastrukturu yenilənir, müəllim və şagirdlərin təlim şəraiti yaxşılaşdırılır. Muxtar respublikanın digər rayonları kimi, Babək rayonunda da ümumtəhsil məktəblərinin maddi-tədris bazasının yaxşılaşdırılması diqqətdə saxlanılır. Bu gün Vayxır kənd tam orta məktəb binasının yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilməsi bu sahəyə göstərilən qayğının bariz nümunəsidir. Vayxır kənd tam orta məktəbində yaradılan müasir tədris şəraiti məktəbdə bilikli və vətənpərvər gənclərin yetişdirilməsinə geniş imkanlar açmaqla yanaşı, əldə olunan uğurlu nəticələrin davamlılığını da təmin edəcəkdir. Məktəb binasının həyətində bufet, qazanxana, idman qurğuları və 4 ədəd sanitar qovşaq yerləşir. Bina istilik, elektrik və su sistemi ilə təchiz olunmuş, ətrafında geniş abadlıq işləri aparılmışdır. Belə ki, həyətə kilid daş və travertin plitələr döşənmiş, yamaclar betonlanmışdır. Həyətdə ağaclar, gül kolları əkilmiş, ətraf ərazi işıqlandırılmış və suvarma sistemi ilə təchiz olunmuşdur.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg