• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1248
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə1248
mod_vvisit_counterBu ay46402
mod_vvisit_counterÜmumi2930541

Tarix: 23 Dek., 2024

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Kodunu yaz-layihəni yarat” üzrə muxtar respublika müsabiqəsi keçirilib.

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə mikrobit platformasını öyrətmək, kodlaşdırma bacarıqlarını inkişaf etdirmək məqsədilə Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseydə məktəblilər arasında “Kodunu yaz-layihəni yarat” muxtar respublika müsabiqəsi keçirilib. İki gün təşkil olunan müsabiqədə şəhər və rayon məktəblərinin VI-VII  və    VIII-IX sinif şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri iştirak edib. Muxtar respublika mərhələsində iştirak edən komandalar 1 müəllim və 2 şagird olmaqla 3 nəfərdən ibarət təşkil olunub. Müsabiqədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Murad Babayev ümumtəhsil məktəblərində 2020-2021-ci tədris ilindən tətbiq olunan STEAM təhsili ilə bağlı görülən işlər haqqında məlumat verib. Qeyd olunub ki, artıq muxtar respublika məktəbliləri ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili ilə praktik məşğələlər vasitəsilə robototexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, nano və neyro texnologiyalar, mühəndislik və dizaynerlik üzrə bilik və bacarıqlar qazanır, mühəndislik səriştələri əldə edirlər. Şagirdlərin bu sahədə qazandıqları bilik və bacarıqları üzə çıxarmaq, onlar arasında sağlam rəqabət formalaşdırmaq məqsədilə məktəblilər arasında müsabiqələr təşkil olunur.
Murad Babayev STEAM üzrə keçirilən müsabiqələrin əhəmiyyətini vurğulayaraq bildirib ki, təşkil edilən müsabiqələr həm də şagirdlərin ölkə və beynəlxalq səviyyəli müsabiqələrə hazırlanmasına öz müsbət təsirini göstərir. Görülən işlərin nəticəsi olaraq, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 5-9 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən, müxtəlif kateqoriyalar üzrə 1300-ə yaxın iştirakçının qatıldığı “Beynəlxalq STEAM Azərbaycan Festivalı”nda şagirdlərimiz 2 qızıl və 2 bürünc medalla mükafatlandırılıblar.
Sektor müdiri iştirakçıların diqqətinə çatdırıb ki, STEAM kabinələrinin imkanlarından yararlanaraq şagirdlərin mühəndislik, proqramlaşdırma və texnoloji biliklərinin artırılması məqsədi ilə Təhsil Nazirliyi tərəfindən təşkil olunan müsabiqə və yarışlardan biri də bu gün keçirilən “Kodunu yaz-layihəni yarat” müsabiqəsidir. Murad Babayev müsabiqənin əhəmiyyətini vurğulayaraq iştirakçılara uğurlar arzulayıb və müsabiqəyə start verilib.
Müsabiqədə şagirdlərin hazırladıqları layihələrə baxış olub. Şagirdlər komanda şəkilində hazırladıqları layihələri təqdim ediblər. Qeyd edək ki, Müsabiqədə muxtar respublikanın təhsil müəssisələrindən “Kodunu yaz-layihəni yarat” üzrə VI-VII sinif şagirdləri üzrə 60, VIII-IX sinif şagirdləri üzrə 40 olmaqla 100 komanda iştirak edib, 300 şagirdin 100 layihəsi nümayiş olunub.Onlar gündəlik həyatımızda qarşılaşdığımız məsələlərə praktiki həll yolu tapmaq üçün mikrobit platformasında kodlaşdırma bacarıqlarından istifadə edərək müxtəlif layihələr hazırlayıblar. Prototiplərlə quraşdırılan layihələr mexaniki və eyni zamanda avtomatik idarə olunaraq iştirakçının ideyası üzərində hər hansı bir funksiyanı yerinə yetirib.
Qeyd edək ki, layihələr iştirakçıların öz sərbəst ideyaları üzərində qurularaq elm, təhsil, tibb, sənaye sahələri, kənd təsərrüfatı və bir çox digər sahələrə aid olub. Müsabiqə iştirakçıları proqram təminatında hazırladıqları eskiz layihələrini və onların kodlarını kompüterdə münsiflər heyətinə təqdim ediblər.
Qiymətləndirmə və qaliblərin seçilməsi üçün isə koordinatlardan ibarət münsiflər heyəti yaradılıb. Mühəndislik-dizayn, Problemin həllinə yararlılığı, İnnovativlik –İdeya, proqram təminatı və idarəetmə mühəndisliyinə baxılan seçim kriteriyalarında dəyərləndirilib. Yekunda öz ideyasının innovativ həllini təqdim edən və gündəlik həyatımızda istifadə üçün yararlı olan layihələr qalib olub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg