• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1221
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə1221
mod_vvisit_counterBu ay46375
mod_vvisit_counterÜmumi2930514

Tarix: 23 Dek., 2024

Heydər Əliyev Muzeyinin yaradılmasının 24-cü ildönümü qeyd olunub

Fevralın  17-də Heydər Əliyev Muzeyində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Mədəniyyət və Təhsil Nazirliyi əməkdaşlarının, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun, mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşlarının iştirak ilə keçirilən tədbiri giriş  sözü ilə acan Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən Heydər Əliyev Muzeyi ümummilli liderin hələ sağlığında  Azərbaycanda yaradılmış ilk muzeydir.
Qeyd olunub ki, 2005-2006-cı illərdə əsaslı şəkildə yenidən qurulan muzey 2006-cı ilin dekabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə yenidən istifadəyə verilib. Mədəniyyət naziri Azərbaycan xalqı üçün əlamətdar olan “Heydər Əliyev İli”ndə Ulu öndərin adını daşıyan muzeyin yaradılmasının 24-cü ildönümü münasibətilə muzeyin əməkdaşlarını və tədbir iştirakçılarını təbrik edib, dahi şəxsiyyətin həyat və fəaliyyətinin bundan sonra təbliğ edilməsi işində uğurlar arzulayıb.
Tədbirdə “Ulu öndər Heydər Əliyevin siyasi irsi və müasir Azərbaycan” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Sədrinin müavini-Aparatın rəhbəri Anar İbrahimov müstəqil Azərbaycanın Heydər Əliyev zəkasının məhsulu və onun şah əsəri olduğunu bildirib. Ali Məclisin deputatı vurğulayıb ki, istər daxili, istərsə xarici siyasətdə, mədəniyyət, təhsil, bir sözlə bütün sferalarda Ümummilli liderimizin yaratdığı irs müasir Azərbaycan dövlətçiliyinin sütunlarını təşkil edir. Milli kimliyimizin formalaşmasında ulu öndərin təklif etdiyi Azərbaycançılıq ideyası Azərbaycan Dövlətinin ideoloji dayaqları arasında xüsusi yer tutmaqdadır.
“Ümummilli lider Heydər Əliyev və təhsil siyasəti” mövzusunda çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, “Təhsil millətin gələcəyidir”,-deyən Ulu öndər  Azərbaycan təhsil sistemini təkmilləşdirib və təhsilimizin  dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar açıb. Bu gün Ulu öndərin müəllifi olduğu təhsil strategiyası ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da ölkə başçısı  cənab İlham Əliyev tərəfindən davam etdirilir. Müstəqillik illərində Naxçıvan təhsilində əldə olunan uğurlardan danışan təhsil naziri vurğulayıb ki, Heydər Əliyev Muzeyi ilə təhsil müəsissələri arasında qurulan  sıx əməkdaşlıq muxtar respublikada şagirdlərin  Heydər Əliyev  irsinin  öyrənilməsində mühüm rol oynayır.
Sonra Heydər Əliyev Muzeyinin direktoru, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev muzey haqqında ətraflı məlumat verib. Bildirib ki, muzeydə dahi rəhbərin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, ümummilli liderimizin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarət, ümumilikdə 5413 eksponat toplanıb, bunlardan 3000-dən çoxu ekspozisiyada və kitabxanada nümayiş etdirilir.
Sonra tədbir iştirakçıları “Heydər Əliyev.Azərbaycan mədəniyyətinin hamisi” filmini izləyiblər.
Sonda muzeyin ekspozisiyasına baxış keçirilib.
Ölkəmizdə muzey işinin, muzeyşünaslığın inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan mədəniyyət naziri bildirib ki, xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada muzey şəbəkəsinin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Ötən əsrin 70-ci illərindən etibarən Azərbaycanda muzey şəbəkəsinin inkişafı daha intensiv xarakter alıb, 100-dən çox muzey yaradılıb, ölkəmizdə tarix-diyarşünaslıq muzeyləri, görkəmli tarixi şəxsiyyətlərin, ədəbiyyat və incəsənət xadimlərinin ev-muzeyləri, xatirə muzeyləri təşkil edilib.Muxtar respublikamızda yaradılan muzeylər içərisində Heydər Əliyev Muzeyinin xüsusi əhəmiyyət daşıdığını vurğulan  Natəvan Qədimova deyib: “Heydər Əliyev Muzeyini fərqləndirən əsas cəhətlərdən biri budur ki, bu muzey ulu öndərimizin doğulub boya-başa çatdığı, ilk əmək fəaliyyətinə başladığı, 1969-cu ildən Azərbaycanın rəhbəri kimi qurub-yaratdığı, 90-cı ildən isə qoruyub saxladığı və sonrakı illərdə himayəsi ilə günü-gündən inkişaf edib çiçəklənən doğma Naxçıvan torpağında yaradılmışdır. Daim milli qurtuluş və müstəqillik arzuları ilə yaşamış müdrik şəxsiyyət Heydər Əliyev 1999-cu il oktyabr ayının 13-də muxtar respublikaya səfəri zamanı muzeyə gələrək muzeyin ekspozisiyası ilə tanış olmuşdur. Ulu öndərin muzeyi ziyarəti zamanı çəkilmiş tarixi fotolar bu gün fəxrlə muzeyin ekspozisiyasında nümayiş etdirilir”.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg