• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1275
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə1275
mod_vvisit_counterBu ay46429
mod_vvisit_counterÜmumi2930568

Tarix: 23 Dek., 2024

“Sabahın alimləri” XII respublika müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Fevralın 20-də Naxçıvan şəhər Kimya-Biologiya Təməyüllü Liseydə    “Sabahın alimləri” XII respublika müsabiqəsinin iştirakçıları ilə görüş keçirilib, onlara Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin diplomları təqdim olunub.
Görüşdə təhsil naziri Rəhman Məmmədov ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyevin diqqət və qayğısı ilə Naxçıvan Muxtar Respublikasında da təhsil infrastrukturu yenilənmiş, müasir tipli yeni məktəb binaları inşa edilmiş, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, təlim-tədris prosesi üçün yüksək tədris şəraiti yaradılmışdır. Ümumtəhsil məktəblərində müasir laboratoriyaların, STEAM kabinələrinin, elektron lövhəli siniflərin və kompüter otaqlarının yaradılması, kitabxanaların dərslik və bədii ədəbiyyatlarla təmin edilməsi təhsilin inkişafına güclü təkan vermişdir. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin bilik və bacarıqlarının artırılması ilə bağlı bir sıra   tədbirlər həyata keçirilir. Bunlardan biri də Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi tərəfindən həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsidir. Layihənin   məqsədi ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsidir. Layihə çərçivəsində AMEA Naxçıvan bölməsinin alimləri xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdləri elmi himayəyə götürərək onlarla birgə tədqiqatlar aparırlar. Bu günədək 74 elmi rəhbərin və 132 şagirdin iştirakı ilə Naxçıvan Muxtar Respublikası üçün əhəmiyyətli olan 81 layihə üzrə tədqiqatlar aparılmışdır. 2023-cü ildə də “Sabahın tədqiqatçıları” layihəsinin uğurlu tətbiqi üçün Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərinin 60 şagirdi 5 istiqamət- Azərbaycan dili, tarix, fizika, kimya və biologiya olmaqla 39 layihə   üzrə tədqiqat aparırlar.
Təhsil naziri bildirib ki, layihənin tətbiqinin uğurlu nəticəsidir ki, şagirdlər bir sıra beynəlxalq tədbirlərdə, həmçinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutu tərəfindən keçirilən “Sabahın alimləri” XII respublika müsabiqəsində iştirak edərək yüksək nəticələr əldə edirlər. “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçıları 13-15 fevral tarixlərində Bakı şəhərində keçirilən “Sabahın alimləri” XII respublika müsabiqəsinə də
8 müxtəlif istiqamətlər üzrə 7 layihə təqdim etmişdilər. Onlardan 6-sı final mərhələsinə vəsiqə qazanmışdı. Müsabiqənin yekun nəticələrinə əsasən Naxçıvan Qızlar Liseyinin şagirdləri Surə Ələkbərova və Jalə Bayramova riyaziyyat nominasiyası üzrə “Tərəflərinə görə daha özəl üçbucaqlar” layihələri ilə II yerə layiq görülüblər. Şagirdlərin elmi rəhbəri Adil Abdullayev, mütəxəssis alim isə Bəhman Məmmədovdur. Müsabiqədə Heydər Əliyev adına tam orta məktəbin şagirdi Asya Əliyeva “Darıdağ sürmə filizindən kosmetik sürmənin alınması”, Naxçıvan Qızlar Liseyinin şagirdi Cansu Cəlilova isə “Naxçıvan Muxtar Respublikasında zəfəranın yetişdirilməsi və introduksiyası” layihələrinə görə beynəlxalq diplomlara  layiq görülüblər.
Təhsil naziri uğurlu nəticələrinə  görə “Sabahın alimləri” XII respublika müsabiqəsinin iştirakçılarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Müsabiqə iştirakçılarına Təhsil Nazirliyinin diplomları təqdim olunub. Tədbirdə “Sabahın tədqiqatçıları” layihəsində  qalib olan şagirdlərdən  “Naxçıvantəpə yaşayış yeri və onun ətrafının arxeoloji tədqiqi” mövzusu ilə  Ufa şəhərində elmi-tədqiqat işləri ilə bağlı keçirilən XI Ümumrusiya müsabiqəsində iştirak etmiş və birinci dərəcəli diploma layiq görülmüş Naxçıvan Şəhər Qızlar Liseyinin şagirdi Altunay Tahirliyə və Polşanın Varşava  şəhərində  keçirilən Beynəlxalq Elmi Konransda “Şahbuz Rayonunun etnotoponimlərinin linqvistik xüsusiyyətləri və təhlili” məqaləsinə görə  beynəlxalq  sertifikata layiq görülən Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Nərmin Cəfərovaya Təhsil Nazirliyinin diplomları təqdim olunub.
Tədbirdə məktəblilər və onların layihə rəhbərləri onlar üçün yaradılan müasir tədris şəraiti və göstərilən qayğıya görə dövlətimizə minnətdarlıq ediblər.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg