• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1198
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə1198
mod_vvisit_counterBu ay46352
mod_vvisit_counterÜmumi2930491

Tarix: 23 Dek., 2024

Amerikan Riyaziyyat Olimpiadasının qalibləri mükafatlandırılıb

Fevralın 21-də  Amerikan Riyaziyyat Olimpiadasının qalibi olan məktəblilərə medal və sertifikatlar təqdim olunub.
Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseydə  keçirilən tədbirdə olimpiada və müasbiqələrin  qalibləri ilə yanaşı şagirdlərin valideynləri də iştirak edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının  təhsil naziri Rəhman Məmmədov olimpiada və müsabiqə  qaliblərini təbrik edərək bildirib ki, əldə olunan uğurlu nəticə ölkəmizdə təhsilə göstərilən  dövlət qayğısının, yaradılan müasir tədris şəraitinin nəticəsidir. Təhsil naziri qeyd edib ki, təhsildə aparılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, artıq muxtar respublikada   şagirdlər hərtərəfli biliyə yiyələnməklə yanaşı buraxılış və  qəbul imtahanlarında da  yüksək nəticələr göstərirlər. Muxtar respublika məktəbliləri arasında keçirilən olimpiada və müsabiqələrin  əhəmiyyətindən də danışan təhsil naziri bildirib ki, şagirdlərin istedadlarının üzə çıxarılmasında, fənlərə olan marağının artırılmasında  olimpiadaların böyük əhəmiyyəti var. Bu məqsədlə də 2022-2023-cü tədris ilində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən  şagirdlərin olimpiadalarda iştirakı  diqqətdə saxlanılmış, olimpiada hərəkatı gücləndirilmişdir.
Belə ki, 2022-2023-ci tədris ilində də VII-IX sinif şagirdləri üçün Amerikan Beynəlxalq Riyaziyyat Müsabiqəsi, II-XI sinif şagirdləri üçün Amerikan Beynəlxalq Riyaziyyat Olimpiadası, VIII-XI sinif şagirdləri üçün məktəblilərin Respublika Fənn Olimpiadalarının şəhər, rayon mərhələsi, IX-XI siniflər üçün məktəblilərin muxtar respublika fənn olimpiadası keçirilib.
Təhsil naziri diqqətə çatdırıb ki, keçirilən olimpiada və müsabiqələrdə ümumilikdə muxtar respublika üzrə 1942 şagird iştirak etmiş, 172 şagird qalib olmuşdur.
Bu şagirdlərdən 58-i məktəblilərin muxtar respublika fənn olimpiadasının, 102-i Amerikan Riyaziyyat Olimpiadasının, 12-i isə Amerikan Riyaziyyat Müsabiqəsinin      qalibləridir.
Təhsil naziri diqqətə çatdırıb ki, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Hafiz Bəylərli də    SASMO beynəlxalq riyaziyyat olimpiadasında 3-cü yerə, SIMOC beynəlxalq riyaziyyat olimpiadasından fəxri fərmana, SINGA beynəlxalq riyaziyyat olimpiadasından 3-cü yerə layiq görülüb. 2022-ci ilin dekabr ayında Azərbaycanı Sinqapurda təmsil edib və keçirilən Yeniyetmələrin Beynəlxalq Riyaziyyat Olimpiadasında 3-cü yerin  qalibi olub.
Təhsil naziri müsabiqə və  olimpiadalarda  uğur qazanan şagirdləri təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb.
Tədbirdə Təhsil Nazirliyi Aparatının  sektor müdiri Məmməd Bayramov çıxış edərək olimpiadanın əhəmiyyəti  və təşkilarti işlər barədə məlumat verib.
Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi Hafiz Bəylərli və Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Turabəxanım Şamilli  şagirdlər üçün yaradılan  müasir tədris şəraitinə görə dövlətimizə minnətdarlıqlarını  bildiriblər.
Tədbirdə medal və sertifikatlar şagirdlərə təqdim olunub.
Qeyd edək ki, II-XI siniflər üzrə keçirilən Amerikan Riyaziyyat Olimpiadasında şagirdlərdən 18-i I, 25-i II, 59-u III yerin, VII-XI siniflər üzrə keçirilən Amerikan Riyaziyyat Müsabiqəsində isə şagirdlərdən 3-ü I, 2-si II, 7-i isə III yerin qalibi olub.
Tədbirdə 2022-ci ildə Sinqapurda keçirilən “STEAM AHEAD” Riyaziyyat Olimpiadasında bürünc medala layiq görülən Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbinin şagirdi Hafiz Bəylərliyə də medal və sertifikatlar təqdim olunub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg