• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1202
mod_vvisit_counterDünən1304
mod_vvisit_counterBu həftə5387
mod_vvisit_counterBu ay37719
mod_vvisit_counterÜmumi2504984

Tarix: 25 Apr., 2024

Yeni fəaliyyətə başlayan gənc müəllimlərlə görüş keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün 24 oktyabr 2018-ci il tarixdə elan edilmiş müsabiqənin test imtahanları sona çatmışdır.

07 yanvar 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc kadrlarla görüş keçirilmişdir. Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirmişdir ki, muxtar respublikada təhsil Ali Məclis Sədrinin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Müstəqillik illərində muxtar respublikada 200-dən çox təhsil müəssisəsinin tikilib istifadəyə verilməsi, onların maddi-tədris bazasının zənginləşdirilməsi, tədris prosesi üçün hər cür şəraitin yaradılması muxtar respublikada təhsilin səviyyəsinin artmasına geniş imkanlar açmışdır. Ümumtəhsil məktəblərində 5500-dən artıq kompüter və 600-dən çox elektron lövhə quraşdırılıb, laboratoriyalar və fənn kabinələri şagirdlərin istifadəsinə verilib, kitabxanalar 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyatla təmin olunub.

 

Təhsil müəssisələrinin pedaqoji kadrlara olan tələbatını ödəmək məqsədilə muxtar respublikanın ali təhsil müəssisələrində pedaqoji yönümlü ixtisaslar açılıb, yüksək səviyyəli müəllim kadrların hazırlanması diqqətdə saxlanılıb. Hazırda muxtar respublikanın ümumtəhsil məktəblərində 49 min 224 şagirdin təhsili ilə  6642 müəllim məşğul olur. Onlardan 44-ü yeni tədris ili ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqədə yüksək nəticə göstərərək işlə təmin olunub. Hazırda rayon mərkəzindən uzaq məsafədə yerləşən kənd məktəblərində fəaliyyət göstərən 81 müəllimə həvəsləndirmə tədbirləri tətbiq edilib.

Təhsil naziri qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların aid nazirlik, komitə və təşkilatlara hamiliyə verilməsi ixtisaslı kadrların hazırlanmasına geniş imkanlar açmışdır.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi də pedaqoji yönümlü ixtisaslarda oxuyan tələbələrin ixtisaslı kadr kimi formalaşmasını, onların işlə təmin olunmasını diqqətdə saxlayır. Pedaqoji kadların işlə təmin olunması məqsədilə 24 oktyabr 2018-ci il tarixdə elan edilmiş müsabiqəyə 252 vakant iş yeri çıxarılmışdır.  Həmin yerləri tutmaq üçün 240 müraciət olmuşdur.

17-29 dekabr 2018-ci il tarixlərdə keçirilmiş imtahanlarda 116 namizəd müvafiq keçid balını  toplamışdır. Nəticədə ən yüksək bal toplayan 75 gənc kadrın işə qəbulu nəzərdə tutulmuşdur. Onlardan    21-i stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu məktəbləri, 54-ü isə digər ümumtəhsil məktəblərini seçmişlər. Stimullaşdırıcı tədbirlərin tətbiq olunduğu məktəbləri seçən gənclərin 3 nəfərinin yaşayış yeri Naxçıvan şəhəridir.

Vurğulanmışdır ki, gənclərin ucqar dağ kəndlərində yerləşən təhsil müəssisələrində pedaqoji fəaliyyətə başlaması həmin kəndlərdə əhalinin yaşayış səviyyəsinin yüksəlməsi, yaşayış məntəqələrinin günü-gündən müasirləşməsi və həmin kəndlərin məktəblərində yaradılmış yüksək təhsil şəraitinin nəticəsidir. Bütün bunlar isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada həyata keçirdiyi siyasət və əməli tədbirlərin məntiqi nəticəsidir.

Sonra təhsil naziri yeni fəaliyyətə başlayan gənc kadrları təbrik edərək onlara  şərəfli müəllim peşəsində uğurlar arzulamış və əmin olduğunu bildirmişdir ki, yeni işə qəbul edilən gənclər muxtar respublika gəncliyinə göstərilən qayğıya cavab olaraq hərtərəfli biliyə, geniş dünyagörüşünə yiyələnən, xalqını və Vətənini sevən nəsilin yetişdirilməsində səy göstərəcək, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.

Gənc kadrlar adından çıxış edən Gözəl Rəhimova bildirmişdir ki, informasiya texnologiyalarının imkanlarından maksimum şəkildə istifadə etmək bacarığı olan, geniş biliyə və dünyagörüşə malik kadrların hazırlanması  və onların fəaliyyəti üçün muxtar respublikada hər cür şərait yaradılmışdır. Bu gün muxtar respublikada təhsil müəssisələrinin tikilib istifadəyə verilməsi, informasiya texnologiyaları ilə təmini, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi, ən əsası isə gənc kadrların işlə təmin olunması Naxçıvan gəncliyinə göstərilən diqqət və qayğıdan xəbər verir. Sonra Gözəl Rəhimova həyata keçirilən təhsil siyasəti və gənclərə göstərilən yüksək qayğıya görə gənc müəllimlər adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirdi.

Tədbirdə iştirak edən gənc müəllimlərə Təhsil Nazirliyi tərəfindən metodiki vəsaitlər təqdim olundu.

Qeyd edək ki, həmin gündən etibarən gənc müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə 3 günlük təlim seminarına start verilmişdir. Təhsil Nazirliyi Aparatının Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov tərəfindən aparılacaq seminarın birinci günündə gənc müəllimlərə müəllim peşəsinin xüsusiyyətləri, müəllimlərin etik davranış qaydaları, intizam tənbehi tədbirləri, seminarın ikinci günündə fənnin tədrisi və məktəb sənədlərinin işlənməsi üsulları, məktəbdaxili qiymətləndirmənin aparılması qaydası, seminarın üçüncü günündə isə sinif rəhbərinin vəzifələri, fənn metodbirləşməsinin əhəmiyyəti, pedaqoji şuranın strukturu və hesabatın hazırlanması qaydası, elektron tədris vasitələrindən səmərəli istifadə yolları haqqında məlumat verilmişdir.

3 günlük seminardan sonra gənc müəllimlər yanvarın 10-dan etibarən  ümumtəhsil məktəblərində pedaqoji fəaliyyətə başlayacaqlar.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg