• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün544
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə544
mod_vvisit_counterBu ay45698
mod_vvisit_counterÜmumi2929837

Tarix: 23 Dek., 2024

"Robot qol-Leqo Sumo 2023” və “Tullantıdan sənətə” müsabiqələri keçirilib

Aprelin  28-də  Təhsil  Nazirliyinin  təşkilatçılığı  ilə  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Robot qol-Leqo Sumo 2023” və “Tullantıdan sənətə” müsabiqələri keçirilib.
Müasir dünya reallıqları gələcəkdə yüksəkixtisaslı mütəxəssislərin yetişməsi üçün təhsilin də  qarşısında mühüm vəzifələr qoyur. Yəni, bu günün məzunları müasir tələblərə cavab verən, əmək bazarında özünü doğruldan şəxslər olmalıdır. STEAM təhsil metodu da yüksəkixtisalı mütəxəsisslərin hazırlanmasında mühüm rol oynayır. STEAM - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır. Muxtar respublikanın  ümumtəhsil məktəblərində artıq bir neçə ildir ki, STEAM təhsil metodundan istifadə olunur. Məktəblilər ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili ilə praktik məşğələlər vasitəsilə robototexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, nano və neyro texnologiyalar, mühəndislik və dizaynerlik üzrə bilik və bacarıqlar qazanır, mühəndislik səriştələri əldə edirlər. Təhsil Nazirliyi tərəfindən də STEAM təhsilinin inkişafı üçün davamlı tədbirlər həyata keçirilir, müsabiqələr yolu ilə şagirdlərin bilik və bacarıqları artırılır.
"Robot qol-Leqo Sumo 2023” və “Tullantıdan sənətə” müsabiqələri STEAM və “İnnovativ dərnəklər” layihələri çərçivəsində keçirilən robot texnologiyaları və yaradıcılıq  müsabiqəsidir. Məktəblilər üçün təşkil olunan müsabiqələr şagirdləri əyləncəli bir mühitdə real elm, texnologiya problemləri ilə yaradıcılıq sahələrini qarşılaşdıran və onların həll yollarını araşdırmaqla dünyagörüşlərini zənginləşdirən təcrübə xarakteri daşıyır.
Müsabiqədə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov bildirmişdir ki, məktəbdənkənar təhsil müəssisələrində 2019-2020-ci tədris ilindən “İnnovativ dərnəklər layihəsi”nə, 2020-2021-ci tədris ilindən isə ümumtəhsil müəssisələrində STEAM təhsilinin tətbiqinə başlanılmışdır. STEAM təhsilinin tətbiqi ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrası yüksək səviyyədə təmin edilmiş, 156 təhsil müəssisəsində STEAM kabinələri yaradılmış, kabinələr müasir dizaynda mebel avadanlıqları, o cümlədən elektron lövhə və kompüter, 3D printer, mikrobit və arduino dəstləri, proqramlama və inkişaf dəstləri, təhsil robotları, elektron komponentlər, alətlər dəsti və tədris üçün lazımi materiallarla təmin olunmuşdur. STEAM layihəsi hazırda 152 ümumtəhsil məktəbi, 3 məktəbdənkənar və 1 orta ixtisas təhsil müəssisəsini əhatə edir.
Eyni zamanda 400-dən çox müəllimə və 100-ə yaxın pedaqoji təcrübə keçən tələbələrə STEAM Mərkəzində təlimlər keçirilmişdir. 102 müəllim, 160 şagird və 50 tələbə üçün isə Ağbulaq İstirahət Mərkəzində “STEAM yay məktəbi” təşkil edilmişdir.
2022-2023-cü  tədris ilinin aprelinədək STEAM üzrə 14 müsabiqə, 15 interaktiv dərs keçirilib. Bugünədək 2000-ə yaxın şagird müsabiqələrə, 19000-ə yaxın şagird interaktiv dərsə qoşulub. Eyni zamanda Bakı şəhərində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalında 8 şagird iştirak edərək I, II və III  yerin  qalibi olub, onlar qızıl, bürünc medallar, sertifikatlar və qiymətli hədiyyələr qazanıblar. Bügünədək 20-yə yaxın şagird ölkə səviyyəli yarışlarda uğurlu nəticələr əldə ediblər.
STEAM təhsilinin əhəmiyyəti nəzərə alınaraq Naxçıvan şəhərində Təhsil Nazirliyinin tabeliyində “STEAM Təlim-Tədris Mərkəzi” yaradılıb. Mərkəzin yaxın zamanlarda fəaliyyətə başlaması nəzərdə tutulur. Mərkəzin əsas məqsədi şagirdlərdə XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə öyrətməklə, onlara mühəndislik səriştələri formalaşdırmaq, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir.
Cari tədris ilindən isə muxtar respublika məktəblərində pilot layihə olaraq 28 məktəbin II-VIII siniflərində “Rəqəmsal bacarıqlar”  layihəsinin tətbiq olunması nəzərdə tutulur.  İlkin olaraq aparılmış təhlil  nəticəsində 28 məktəbdə 4000-ə yaxın şagird bu layihəyə qoşulacaqdır.
Nazir bütün iştirakçıları təbrik edib, onlara uğurlar arzulayıb.
Təhsil Nazirliyi Aparatının sektor müdiri Murad Babayev bildirib ki, müsabiqədə ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələri olmaqla ümumilikdə STEAM üzrə “Robot qol”-da 33 komanda olmaqla 66 şagird, 33 layihə rəhbəri, “Leqo Sumo”-da 13 komanda olmaqla 26 şagird, 13 layihə rəhbəri və İnnovativ dərnəklər üzrə isə 138 layihə olmaqla 156 dərnək üzvü iştirak edir.
Daha sonra təhsil naziri məktəblilərin hazırladıqları “Tullantıdan sənətə” layihələri və "Robot qol-Leqo Sumo” yarışları ilə tanış olub. Şagirdlər hazırladıqları layihələri tədbir iştirakçılarına təqdim ediblər.
Şagirdlər “Leqo Sumo” və “Robot qol” mövzusunda “Lego mindstorms ev3” təhsil dəstlərindən və arduino kodlaşdırma kartından və digər elektron komponentlərdən istifadə edərək mövzu üzrə elan edilmiş missiyaları həll etmək üçün proqramlaşdırılmış robotlar yığıb və rəqəmsal həllərin köməyilə daha səmərəli resurslardan istifadə edərək yaradıcı yanaşma nümayiş etdirməklə müsabiqədə yarışıblar.
“Tullantıdan sənətə” mövzusunda isə şagirdlər məişət tullantılarından yararlanmaqla tullantıları sənətə çevirib  və yaradıcılıqlarını nümayiş etdiriblər.
Tədbirin sonunda yeni kəşflər etmənin, ədalətli mübarizənin, komanda olaraq birlikdə işləmənin əhəmiyyətini göstərən və peşəkarlıq, əməkdaşlıq, eləcə də dostca rəqabət nümayiş etdirən komandalar qalib seçiliblər.
Sonda qaliblər Təhsil Nazirliyinin sertifikat və diplomları ilə mükafatlandırıblar.
STEAM layihəsi Təhsil Nazirliyinə birbaşa tabe 7, Naxçıvan şəhəri üzrə 17, Şərur rayonu üzrə 39, Babək rayonu üzrə 30, Ordubad rayonu üzrə 24, Culfa rayonu üzrə 13, Kəngərli rayonu üzrə 12, Şahbuz rayonu üzrə 10, Sədərək rayonu üzrə 4 ümumtəhsil məktəbində tətbiq olunub. Ümumilikdə 19000-ə yaxın şagird STEAM təhsilinə cəlb edilib.  STEAM kabinələri 7 adda olmaqla 1500-ə yaxın kitabla təmin olunub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg