Layihəyə minimum 3 il pedaqoji staja malik təhsilverənlər müraciət edərək qatıla bilərlər. Layihənin 4 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. I mərhələdə elektron qeydiyyat (5-15 oktyabr), II mərhələdə məlumatların araşdırılması, III mərhələdə müsahibələrin keçirilməsi, IV mərhələdə nəticələrin elan olunması, V mərhələdə isə təlimlər keçiriləcək. Layihənin həyata keçirilməsində məqsəd təhsilverənlərin motivasiyasının artırılması, fəaliyyətində fərqlənən (olimpiada qalibi şagird sayı, sertifikatlaşdırma nəticələri, IX sinif buraxılış imtahanı nəticələri) müəllimlərin karyera imkanlarının genişləndirilməsidir (təşkilatçı, direktor, direktor müavini kimi təyinat). Layihə pilot olaraq akademik göstəriciləri ilə fərqlənən Naxçıvan Qızlar Liseyi, Heydər Əliyev adına tam orta məktəbdə, 5, 8, 12 və 14 nömrəli tam orta məktəblərdə çalışan müəllimlər üçün nəzərdə tutulur.Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsilverənlərin karyera imkanlarının artırılması məqsdilə “Həmkardan-həmkara dəstək” layihəsinə start verilib.