• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün420
mod_vvisit_counterDünən846
mod_vvisit_counterBu həftə8238
mod_vvisit_counterBu ay44682
mod_vvisit_counterÜmumi2928821

Tarix: 22 Dek., 2024

Sahibkarların iştirakı ilə ilk dəfə olaraq infotur təşkil olunub

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində sahibkarların iştirakı ilə ilk dəfə olaraq infotur təşkil olunub.
İnfoturun təşkilində məqsəd Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan özəl təhsil müəssisələrinin yaradılması istiqamətində sahibkarlar arasında təşviqat işlərinin aparılmasıdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Bəxtiyar Məmmədov, təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov, iqtisadiyyat naziri vəzifələrinin icraçısı, nazir müavini Abbas İsmayılov və maliyyə naziri vəzifələrinin icraçısı, nazir müavini Həsən İsmayılov iştirak ediblər.
Sahibkarların iştirakı ilə təşkil olunan infoturun açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov bildirib ki, Dövlət Proqramında muxtar respublikada digər sahələrlə yanaşı, sahibkarlığın inkişafı sahəsində bir sıra hədəflər müəyyənləşdirilib, həmçinin özəl təhsil və tibb müəssisələrinin yaradılması nəzərdə tutulub. Nazir müavini diqqətə çatdırıb ki, muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin əksəriyyəti dövlət təhsil müəssisələridir və bu sahədə özəl təhsil müəssisələrinin yaradılmasına ehtiyac var. Digər bir sahə isə məktəbəqədər təhsil müəssisələridir. Məktəbəqədər təhsil müəssisələrimizdə 4 minə yaxın uşaq təlim-tərbiyə alır. Naxçıvan şəhərində, rayon mərkəzlərində və bir sıra əhalisi çox olan kəndlərimizdə məktəbəqədər təhsil müəssisələrinin yaradılmasına ehtiyac var. İş adamlarımız bu sahəyə investisiya yatıra bilərlər. Həmçinin sahibkarlar Naxçıvanda özəl peşə məktəblərinin yaradılmasında da fəallıq göstərə bilərlər. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən özəl təhsil müəssisələri açmaq istəyən sahibkarlara hərtərəfli şərait yaradılacaq, onlara nazirlik tərəfindən metodiki dəstək göstəriləcək. Burada özəl təhsil müəssisələri yaradılarsa, bu müəssisələrdə fəaliyyət göstərəcək kifayət qədər yüksək biliyə, bacarığa malik pedaqoji kadrlar da var.
İqtisadiyyat naziri vəzifələrinin icraçısı, nazir müavini Abbas İsmayılov çıxışında bildirib ki, Dövlət Proqramının müvafiq prioritet istiqamətlərinə daxil olan muxtar respublikada əlverişli biznes mühitinin yaradılması və sosial sektorun inkişafı istiqamətləri üzrə özəl sektor tərəfindən sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və özəl təhsil müəssisələrinin yaradılması üçün sahibkarlar arasında təşviqat işlərinin aparılması nəzərdə tutulub. Muxtar respublikada hazırda 22 özəl təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 1-i universitet, 21-i isə özəl təhsillə məşğul olan hazırlıq kurslarıdır. Muxtar respublikada özəl məktəbəqədər təhsil müəssisəsi kimi fəaliyyət göstərən sahibkarlıq subyekti mövcud deyildir. Muxtar respublikada hazırlıq kursları kimi fəaliyyət göstərən vergiödəyicilərinin sayında ilin əvvəli ilə müqayisədə 3 dəfə artım baş verib.
Abbas İsmayılov qeyd edib ki, muxtar respublikada, ümumilikdə, 20 məktəbəqədər dövlət təhsil müəssisəsi olan bağça fəaliyyət göstərir və  məktəbəqədər təhsil pilləsindən kənarda qalan uşaqlar üçün 50-dən çox bağçaya ehtiyac vardır. Bütün bunlar bu sahənin perspektiv inkişafa nə qədər uyğun olduğunu göstərir. Həmçinin qeyd edilən sayda bağçanın muxtar respublikada tikilməsi və fəaliyyətə başlaması özlüyündə məşğulluğun təmin olunmasına böyük töhfələr verə bilər.
Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Həsən İsmayılov qeyd edib ki, ötən ilin bu ayında muxtar respublikada yeni idarəetmə formasının yaradılması Naxçıvanda idarəetmə üsulunun səmərəliliyinin artırılmasına, region iqtisadiyyatının daha da inkişafına, islahatların sürətlə və uğurla həyata keçirilməsinə şərait yaratmış, müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə keçid təmin edilmişdir. Bu həmçinin muxtar respublikaya yerli və xarici investorların cəlb edilməsi prosesini aktivləşdirib. Qeyd olunub ki, ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq olunan Dövlət Proqramı çox əhatəli və geniş tərtib olunmaqla, ümumilikdə, 11 prioritet istiqamət üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Vurğulanıb ki, Dövlət Proqramının mühüm prioritet istiqamətlərdən biri də özəl təhsil müəssisələrinin yaradılması üçün sahibkarlar arasında təşviqat işlərinin aparılmasıdır. Müvafiq sahələr üzrə muxtar respublikada özəl sektorun yaradılması və inkişafı qarşıya qoyulan əsas məsələlərdəndir. Özəl təhsil müəssisələrinin yaradılması həm sahibkarlığın, iqtisadiyyatın inkişafına təsir edəcək, həm də büdcənin yükünü nisbətən azaldacaqdır.
Sonra sahibkarların fikir və təklifləri dinlənilib, onların sualları cavablandırılıb.
Tədbirdən sonra iş adamları Naxçıvan şəhərindəki təhsil müəssisələrində də olub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg