Gimnaziyaya şagird qəbulu cari ildə Naxçıvan Muxtar Respublikasının əhatə etdiyi ümumtəhsil müəssisələrinin V sinfini bitirmiş oğlan və qız şagirdləri arasında müsabiqə yolu ilə aparılır. Gimnaziyaya qəbul olmaq üçün aşağıdakı sənədlər tələb olunur:
Şəxsiyyət vəsiqəsinin surəti
- 3x4 santimetr ölçüdə 2 ədəd fotoşəkil - Təhsil aldığı məktəbdən arayış
Sənədlər 08 iyul 2024-cü il tarixdən 10 avqust 2024-cü il tarixə qədər saat 09:00-dan 18:00-dək Naxçıvan Dövlət Universitetinin nəzdində İngilis dili Təmayüllü Gimnaziyada qəbul ediləcəkdir.
Müsabiqə 20 avqust 2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində saat 10:00-da keçiriləcəkdir. Müsabiqədə şagirdlərə 3 saat vaxt veriləcəkdir. Şagirdlərin nəzərinə çatdırılır ki, Gimnaziyaya qəbul üçün keçiriləcək müsabiqə test formatında aparılır.
Müsabiqədə şagirdlərə:
Azərbaycan dili 20, riyaziyyat 25, ingilis dili 35, tarix 10, təbiət 10 olmaqla ümumilikdə 100 sual təqdim olunacaq.
Muxtar Respublika üzrə 30 qız, 30 oğlan olmaqla ən yüksək nəticə göstərən 60 şagird Gimnaziyaya qəbul olunacaqdır.
Əlaqə nömrəsi: 550 50 16 070 577 67 71