“Pedaqoji fikir tarixindən” kitabı oxunması zəruri olan kitabların siyahısına daxil edilib.
"Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən hazırlanmış “Pedaqoji fikir tarixindən” kitabı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində 10 min nüsxə nəşr olunaraq Naxçıvan Muxtar Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin tabeliyində olan kitabxanalara, Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzinə, Naxçıvan Muxtar Respublika Kitabxanasına, elm, ali, orta ixtisas təhsili müəssisələrinin və ümumtəhsil məktəblərinin kitabxanalarına və pedaqoji heyətinə verilmişdir.
Elmi-pedaqoji əhəmiyyəti, yeni nəslin təlim-tərbiyəsində, eləcə də gənc nəsildə vətənpərvərliyin formalaşmasında mühüm rolu nəzərə alınaraq “Pedaqoji fikir tarixindən” kitabı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların siyahısı”na əlavə edilmişdir".