Aprelin 24-dən 28-dək Göygöl Olimpiya İdman Kompleksində "Vətənin müdafiəsinə hazıram" Poliatlon çoxnövçülüyü üzrə ölkə çempionatının final mərhələsi keçirilib. Naxçıvan Muxtar Respublikasını yarışda Babək rayon Payız kənd tam orta məktəbin komandası təmsil edib.
5 şəhər və 11 rayon komandasının mübarizə apardığı birincilikdə Babək rayon komandası çempionatın qalibi olub. Qalib komanda diplom və kubokla mükafatlandırılıb.
Qeyd edək ki, komanda üzvlərindən 100 m məsafəyə qaçışda Fərid Əsgərli və 2000 m qaçışda Sənan Əşrəfov ən yüksək nəticəni göstərərək fərdi diplom və kubokla mükafatlandırılıblar.