Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində dərnək üzvü 5 yaşlı Kövsər Qurbanın “Sehrli fırçam” adlı ilk fərdi rəsm sərgisi keçirilib.
Hələ 5 yaşı olmasına baxmayaraq istedadlı və bacarıqlı rəssam Kövsər Qurban muxtar respublikada keçirilən bir çox rəsm sərgilərində, müsabiqələrdə iştirak edib, çoxsaylı uğurlar qazanıb, diplom və fəxri fərmanlarla təltif olunub.
Sərgidə çıxış edənlər balaca rəssama bu yolda uğurlar arzulayıb, diplom və hədiyyələr təqdim ediblər
Balaca rəssamın ailə üzvləri sərginin təşkil olunmasında əməyi keçənlərə minnətdarlıqlarını bildiriblər.
Sonra 5 yaşlı balaca rəssamın təbiət mənzərələri, tarixi abidələri, cizgi film və müxtəlif nağıl qəhrəmanlarını əks etdirən 50 rəsmdən ibarət sərgisinə baxış olub.