Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov “Sabahın müəllimi” layihəsinin məqsədinin muxtar respublikada innovativ təcrübəli müəllim kadrların hazırlanmasına və gənc kadrların işlə təminatına müsbət təsir göstərəcəyini qeyd edib.
Nazirliyin əməkdaşı Abdulla Əsgərov məzunlara slaydlar vasitəsilə muxtar respublika ümumtəhsil məktəblərində olan vakant müəllim vəzifələri, Naxçıvan Muxtar Respublikasında müəllimlərin ümumtəhsil müəssisələrinə işə qəbul qaydaları və pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər haqqında geniş məlumat verib.