• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün361
mod_vvisit_counterDünən846
mod_vvisit_counterBu həftə8179
mod_vvisit_counterBu ay44623
mod_vvisit_counterÜmumi2928762

Tarix: 22 Dek., 2024

Təhsil Nazirliyinin yeni saytı fəaliyyətə başlayıb

İyul ayının 30-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi aparatının əməkdaşları, Şəhər və Rayon Təhsil şöbələrinin müdirləri və məktəb direktorlarının iştirakı ilə Təhsil Nazirliyinin yeni www.tehsil.nmr.az saytının təqdimatı keçirilib.
Təqdimat mərasimində Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirmişdir ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-texniki bazaları gücləndirilmiş, məktəblər ən müasir informasiya və kommunikasiya avadanlıqları ilə təchiz olunmuşdur. Təhsil Nazirliyinin yeni portalının yaradılması isə təhsil sahəsində məlumatların internet istifadəçilərinə daha tez çatdırılmasında mühüm rol oynayacaqdır.

Dizayn, quruluş və məzmun baxımından zəruri tələblərə cavab verən internet portalının yeni variantı nazirliyin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin, bu sahədə olan yeniliklərin, təhsil sahəsində həyata keçirilən tədbirlərin daha dolğun  və operativ  şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcəkdir. Sayt istifadəçiləri təhsil sahəsinin müxtəlif istiqamətləri üzrə  tətbiq edilən yenilikləri və normativ-hüquqi bazanı vahid mənbədən əldə etməklə yanaşı, ən sürətli formada elektron xidmətlərdən yararlanmaq imkanını da əldə edəcəklər. Saytda təhsil sahəsinin müxtəlif istiqamətləri üzrə görülən işləri əks etdirən məlumatlar və dolğun informasiyalar yerləşdirilib. Saytın strukturu təkmilləşdirilib, yeni funksional bölmələr əlavə edilib və ən son internet texnologiyaları əsasında mükəmməl dizayn hazırlanıb.
Daha sonra nazirliyin sektor müdiri  Məmməd Bayramov iştirakçılara Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin rəsmi internet səhifəsi və elektron xidmətləri haqqında məlumatlar verib, göstərdiyi xidmətlərdən danışıb. Vurğulanıb ki, 8 bölmə və 29 altbölmədən ibarət yenilənmiş saytda istifadəçinin rahatlığı üçün ən çox müraciət olunan bölmələr “Ana səhifə”də cəmlənmiş, muxtar respublikanın təhsil xəbərləri, nazirlik tərəfindən keçirilən tədbirlər, operativ informasiyalar, həmçinin muxtar respublika təhsilində qazanılan uğurlar haqqında geniş məlumatlar öz əksini tapmışdır. Yeni portal vasitəsilə təhsil sahəsində lazım olan bir çox xidmətlərin onlayn qaydada həyata keçirilməsi də mümkündür. İstifadəçilər ümumtəhsil məktəblərindəki vakansiyalar, eləcə də təhsilin bütün pillələrinə aid lazımi məlumatlar əldə etməklə yanaşı “E-xidmətlər” bölməsinə daxil olaraq Qızlar liseyi, Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə və peşə məktəblərinə sənəd qəbulunu daha rahat şəkildə həyata keçirə biləcəklər. Bununla yanaşı vətəndaşların qəbul günlərinin qrafiki, elektron qaydada müraciət qaydaları, e-mail ünvan eləcə də digər əlaqə vasitələri barədə məlumatlar da saytda öz əksini tapıb.


Bununla yanaşı son illərdə muxtar respublikada yeni tikilən və ya əsaslı şəkildə yenidən qurulan məktəb kompleksləri, muxtar respublikanın qədim və müasir yerləri, turizm potensialını təbliğ edən abidələrin, muzeylərin görüntülərdən ibarət fotoslayd və müxtəlif keçidlər portalda öz əksini tapmış, “Oxunması zəruri olan kitabların siyahısı”na və elektron kitabxanalara keçid verilmişdir. Ümumtəhsil məktəblərinin məzunlarının göstərdiyi nəticələr, mərkəzləşdirilmiş qaydada qəbul aparılan ali məktəblər haqqında qısa məlumat, həmçinin həmin ali məktəblərə keçirilən qəbul kampaniyalarının nəticələri haqqında əsas statistik məlumat almaq üçün “Mənim məktəbim” keçidi də yaradılmışdır.
Sonra tədbirdə portalın yeni internet səhifəsi və elektron xidmətlər mövzusundakı suallar cavablandırılıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg