• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün732
mod_vvisit_counterDünən729
mod_vvisit_counterBu həftə7704
mod_vvisit_counterBu ay44148
mod_vvisit_counterÜmumi2928287

Tarix: 21 Dek., 2024

Gənclər uğurları ilə Şahbuz rayonunun təhsil ənənələrini davam etdirirlər

Ötən əsrdə ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və daim qayğı ilə əhatə olunan təhsil sistemi bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda artıq öz bəhrələrini verməkdədir. Uğurları, yetirmələri ilə hər zaman Naxçıvan Azərbaycan təhsilinin qüruru olub. Son illər ən ucqar dağ kəndlərimizdəki müasir standartlara cavab verən məktəblərdən tutmuş şəhər məktəblərinin hər birində ali təhsil ocaqlarına qəbulun səviyyəsi ildən-ilə yüksəlir. Buna yeni tikilən və hərtərəfli şərait yaradılaraq istifadəyə verilən, madditexniki bazası gücləndirilən, savadlı müəllim kollektivlərinin çalışdığı məktəblərdə təlim-tərbiyə işinin düzgün təşkili nəticəsində nail olunub. Özünəməxsus təhsil ənənələrinə malik Şahbuz rayonunun builki məzunlarının uğurları da ürəkaçandır. Rayonun tam orta məktəblərindən 18 məzun 500-700 intervalında bal toplayaraq müxtəlif ali məktəblərə qəbul olub. Onlar arasında ən yüksək bal toplayanları siz də tanıyın.

Tələbəlik gəncliyin ən gözəl çağıdır. Odur ki, orta məktəbin son siniflərində təhsil alanların hər biri bu adı qazanmağa cəhd göstərir. Belə gənclərdən biri də Şahbuz şəhər tam orta məktəbini “Qızıl” medalla bitirən Kamil Əliyevdir. Arzusuna çatmaq, tələbə adını qazanmaq, qaliblər sırasında olmaq üçün yuxusuz gecələr keçirən Kamil qəbul imtahanlarını uğurla verib, üçüncü qrup üzrə 605 bal toplayıb. O, orta məktəb illərində elmlərə marağı, davranışı ilə seçilən şagirdlərdən olub. Tarix fənninə xüsusi maraq göstərdiyini, bu marağı müəllimi Rauf Bağırovun yaratdığını söyləyən Kamil ötən təhsil ilində həmin fənn üzrə keçirilən olimpiadada muxtar respublika üzrə ikinci yerə çıxıb və “Bürünc” medala layiq görülüb. Onun dediklərindən:

–Arzusunda olduğum tələbə adını qazanmaq üçün yorulmaq bilmədən, böyük həvəslə günlərimi kitab oxumaqla, müəllimlərimin tapşırıqlarını yerinə yetirməklə, əlavə vəsaitlərdən istifadə edib çətin suallara cavab tapmaqla keçirmişəm. Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə qəbul olmuşam. Məqsədim gələcəkdə cəmiyyətimizdə hüquqşünas kimi fəaliyyət göstərməkdir.

Çəkdiyi zəhmətin şirinliyini dadan Kamil onu da bildirir ki, həyatının ən unudulmaz, xoşbəxt anlarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş zamanı yaşayıb. Muxtar respublika rəhbərinin “Hər biriniz müstəqil Azərbaycanın gələcəyi üçün məsuliyyət daşımalı, ana dilini və Vətən tarixini dərindən öyrənməli, milli dəyərlərimizə sahib çıxmalı, mənsub olduğunuz xalqın layiqli vətəndaşı olmalısınız” kimi qiymətli tövsiyələrinə isə daim əməl etməyə çalışacaq.

Rayon üzrə ən yüksək bal toplayanlardan biri də Külüs kənd tam orta məktəbinin məzunu Aytəkin Abbaslıdır. Onunla söhbət zamanı bu gəncin nə qədər fəal, gözəl nitq qabiliyyətinə malik olması diqqətimi cəlb etdi. Aytəkin ailəsi ilə bağlı maraqlı faktlarsöylədi. Onun valideynlərinin hər ikisi tarix müəllimidir. Özündən böyük qardaşı da Aytəkin kimi 500-dən yuxarı bal toplayaraq ötən il Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olub. Maraqlısı odur ki, Aytəkin də ikinci qrup üzrə 568 bal toplamaqla bu seçimi edib. Bir ailədə iki tarixçi və gələcəyin iki iqtisadçısının olmasının maraq doğurduğunu sezən bu gənc qız deyir: – Valideynlərimiz bizim həm də müəllimlərimiz olublar. Tarix fənnini çox gözəl öyrənmişik. Lakin İqtisadiyyat ixtisasını indi muxtar respublikamızda bu sahədə kadrlara olan ehtiyacı düşünərəkdən, gələcəkdə diyarımızın iqtisadiyyatının inkişafı naminə fəaliyyət göstərmək üçün seçmişik.

Baxmayaraq ki, Aytəkin təhsil alması üçün iqtisadisahəyə üstünlük verib, mütaliə etməyi də çox sevdiyini, onlarla bədii ədəbiyyat oxuduğunu, məktəbdə oxunması zəruri olan kitabların müzakirələri ilə bağlı keçirilən tədbirlərdə fəal iştirak etdiyini söyləyir. Bu gənc qızın qəlbi həm də Vətən sevgisi ilə doludur. O, məktəb tapşırıqlarını böyük həvəslə yerinə yetirməsi ilə bərabər, Vətənin keşiyində dayanan əsgərlərimizə, bu döyüşlərdə şəhid olan oğullarımıza məhəbbətinin ifadəsi olaraq Aprel döyüşləri ilə bağlı povest yazıb. Həmin povesti nəzərdən keçirərkən onun hər bir sətrində bu məhəbbət duyulur. İndi Aytəkin bir arzu ilə yaşayır. Həmin povestin kitab şəklində çap olunması arzusu ilə. Ona tələbəlik illərində uğurlar və povestinin yaxın gələcəkdə işıq üzü görməsini arzu edirik.

Sabirə Əliyeva Sələsüz kənd tam orta məktəbinin məzunudur. III qrup üzrə 566 bal toplayıb. Naxçıvan Dövlət Universitetinin Xarici dil (ingilis dili müəllimliyi) ixtisasına qəbul olub. Onunla söhbət zamanı bu fənnə marağının necə yarandığını soruşduqda, ingilis dilini fənn müəllimi Zərqələm xanımın ona sevdirdiyini bildirdi. Sonra onda yaranan maraq bu dil üzərində daha çox çalışmasına, uğurlu nəticələr əldə etməsinə səbəb olub. O, digər fənlərə də eyni cür – öyrənmək istəyi ilə yanaşıb, Azərbaycan dili fənni üzrə dəfələrlə olimpiadalarda iştirak edib. Söhbət əsnasında Sabirə müəllimlərinin “Bütün fənləri mənimsəyən əsl ziyalı ola bilər” kimi tövsiyələrini xatırlatdı və qazandığı uğura görə həm müəllimlərinə, həm də valideynlərinə minnətdar olduğunu dedi.

Duyğu Ələkbərli isə Yuxarı Qışlaq kənd tam orta məktəbinin məzunudur. O, ali məktəblərə qəbul imtahanlarında III qrup üzrə 564 bal toplayıb.Arzusu Naxçıvan Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə təhsil almaq olub və arzusuna çatıb. Duyğunun bizimlə söhbət zamanı söylədiyi maraqlı bir məqamı vurğulamaq istəyirəm. O deyir: – Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin hər il muxtar respublikanın ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə keçirilən görüşündə iştirak etmək mənim də çoxdankı arzum idi. Elə qəbul imtahanlarında böyük uğur qazanma səbəblərimdən biri həmin görüşdə muxtar respublikamızda tikilib istifadəyə verilən müasir məktəblərdə hər birşagirdin təhsili üçün hərtərəfli şərait yaradan, onlara xüsusi qayğı ilə yanaşan Naxçıvan Muxtar RespublikasıAli Məclisinin Sədri cənab Vasif Talıbovun təbrik etdiyi tələbələrdən biri olmaq istəyim idi. Arzuma çatdığım üçün özümü xoşbəxt hesab edirəm. Builki görüşdə mən də iştirak etdim, cənab Sədrimizin biz gənclərə tövsiyələrini dinlədim. Bu tövsiyələr həyatımızın hər anında bizə lazım olacaq. Cəmiyyətdə hər hansı mövqeni qazanmaqda bu tövsiyələr yolumuza işıq salacaq.

Duyğu söhbəti zamanı təhsil almasında böyük zəhmətləri olan valideynlərinin və müəllimlərinin adlarını minnətdarlıqla çəkir, onların bu fədakarlıqlarını unutmayacağını söyləyir. Ali məktəbi bitirib təhsil aldığı kənd məktəbində dərs demək fikrində olan bu gənc qız müəllimlərinin ona göstərdikləri eyni qayğı ilə şagirdlərə yanaşacağını bildirir.

Özünəməxsus təhsil ənənələri olan, hər tədris ilində ali məktəblərə qəbulun nəticələri ilə seçilən Şahbuz şəhər tam orta məktəbinin yüksək bal toplayan məzunlarından biri də Emil Qaybalıyevdir.

O, qəbul imtahanlarında III qrup üzrə 561 bal toplayıb, Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasına qəbul olunub. Emil də ali məktəbə qəbul olmaq üçün zəhmətə qatlaşıb, oxuyub. Müəllimləri ilə dost olub. Bilmədiyini öyrənib, onların hər bir tövsiyə və tapşırığına ciddi əməl edib. Çalışıb ki, məktəbi uğurla başa vurub müəllim və valideynlərinin etimadını doğrulda bilsin.

Çox sevdiyi tarix, ədəbiyyat və ingilis dili fənlərinə mükəmməl yiyələnmək üçün böyük səylə çalışıb. Emil “Nə üçün hüquqşünas olmaq istəyirsən?” sualına belə cavab verir: – Mən həmişə haqqın, ədalətin tərəfində olmağa çalışıram. Ona görə hüquqşünas olmaq istəyirəm ki, xarakterimdə sevdiyim bu keyfiyyətləri gələcək iş həyatıma da tətbiq edə bilim.

Gələcək cəmiyyətimiz bugünkü gənclərlə bağlıdır. Gəncliyin isə formalaşdığı ilk ünvan məktəbdir. Dövlətimizin qayğısı ilə ən müasir avadanlıqlarla təchiz olunan məktəblərimiz isə gənclərin həm tədrisdə, həm də təlim və tərbiyədə uğurlar qazanmasına imkan verir. Tələbə adına layiq görülənlər məhz buna görə də, ilk növbədə, dövlətimizə minnətdardırlar.

Ö


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg