"Məktəblilərin yay tətilini səmərəli keçirmələri ilə bağlı ” Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müvafiq tədbirlər planına əsasən Sədərək rayon Təhsil şöbəsinin və Uşaq Gənclər İdman məktəbinin birgə təşkilatçılığı ilə Sədərək kənd 1 nömrəli tam orta məktəbində qızlar arasında Yüngül atletika üzrə 1500 metr məsafəyə birincilik keçirilmişdir. Tədbirdə çıxış edən məktəbin direktoru Nizami Bağırov yarışın mahiyyəti haqqında idmançılara məlumat verərək tədbiri açıq elan etmişdir. Yarışda məktəbdənkənar təhsil müəsissəsinin Yüngül atletika dərnəyinin 12 üzvü iştirak etmişdir. Yarışın sonunda 1-ci yerə Abbasova Aysu, 2-ci yerə Şirəliyeva Günlarə ,3-cü yerə isə Abdullazadə Sevgi layiq görülmüşlər. Qaliblər təşkilatçıların diplom və fəxri fərmanları ilə mükafatlandırılmışlar.