“Yay məktəbi”ndə müsabiqə və yarışlarda fərqlənən şagirdlərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova çıxış edib. Bildirilib ki, “Yay məktəbi”ndə məktəblilərin yay tətilini səmərəli keçirmələri üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən rəsm müsabiqələri, müxtəlif bilik yarışları, konsert proqramları, sənədli və milli filmlərimizin nümayişləri, muzeylərə ekskursiyalar, idman və şahmat yarışları, “Oxunması zəruri olan kitabların” müzakirəsi, maarifləndirici diskussiyalar keçirilib.
Çıxışlardan sonra 4 günlük “Yay məktəbi” müddətində keçirilən müsabiqə və yarışlarda qalib olan şagirdlərə diplomlar təqdim edilib.
Tədbirin sonunda Naxçıvan şəhər Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” rəqs qrupunun hazırladığı konsert proqramı məktəblilərə təqdim edilib.