• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün728
mod_vvisit_counterDünən729
mod_vvisit_counterBu həftə7700
mod_vvisit_counterBu ay44144
mod_vvisit_counterÜmumi2928283

Tarix: 21 Dek., 2024

Ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları üçün zəruri şərait yaradılıb

Görkəmli alman nəzəriyyəçisi Albert Eynşteyn deyirdi ki, bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır. Bəli, bu gün dünyanın inkişaf etmiş ölkələrinin təhsil sisteminə, insanların savadlılıq dərəcəsinə baxsaq, bu ifadənin doğruluğuna tam əmin olarıq.

Təqdiredici haldır ki, son illərdə Azərbaycanda da təhsil sistemi tam təkmilləşdirilib, savadlılıq dərəcəsi, təxminən, 100 faizə çatdırılıb. Ancaq bir faktı da unutmaq olmaz ki, illər öncə bu sahədə müəyyən boşluqlar, çatışmazlıqlar mövcud idi. Yəni təhsil pillələri arasında əlaqə zəif qurulmuşdu ki, bu da, son nəticədə, təhsilin inkişafına mane olurdu. Xüsusilə də hələ məktəbə qədəm qoymayan uşaqların məktəbə alışması uzun vaxt aldığından bu hal həm müəllimləri, həm də valideynləri çox narahat edirdi. Uşaq məktəbəhazırlıq mərhələlərini keçmədən birbaşa məktəbə qəbul olunduğundan dərsləri daha gec qavrayır, müəllimi və sinif yoldaşları ilə ünsiyyətdən çəkinirdi. Yaranan çatışmazlıqlar müəllimlərin işini xeyli çətinləşdirir, tədris prosesini ləngidir. 2016-cı ildən məktəbəhazırlıq qruplarının fəaliyyətə başlaması ilə bu hallar aradan qaldırılıb, təkcə ibtidai sinif müəllimlərinin deyil, valideynlərin də çətinlikləri azalıb.

Muxtar respublika rəhbərinin bu sahəyə göstərdiyi diqqət və qayğı sayəsində məktəbəhazırlıq qruplarının şəbəkəsi genişlənib, məşğələlərin keyfiyyətli təşkili üçün lazımişərait yaradılıb, məktəblərimiz pulsuz dərslik və əyani vəsaitlərlə təmin edilib. Təkcə cari tədris ilində məktəbəhazırlıq qrupları üçün 16 mindən artıq dərs, 400-ə yaxın müəllim üçün metodik vəsaitlər gətirilərək ümumtəhsil məktəblərinə çatdırılıb. Bundan əlavə, ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarında tədrisin keyfiyyətini yüksəltmək, müəllimlərin məşğələ prosesini düzgün qurmaları üçün siniflər maqnitli hərflər toplusu və lövhələr, bütün dərsləri əhatə edəcək rəngli tablolarla təchiz edilib. Ümumtəhsil məktəblərində yüksək səviyyəlişəraitin yaradılmasının və elektron lövhəli siniflərin olmasının nəticəsidir ki, müəllimlər məşğələlərdə nümunələri əyani şəkildə göstərə bilirlər.

Yeni dərs ilində muxtar respublika üzrə 124 məktəbdə fəaliyyət göstərən 196 məktəbəhazırlıq qrupunda 3125 uşaq təhsil alacaq. Hər il oktyabrın 1-dən mayın 31-dək səkkiz ay davam edən məktəbəhazırlıq qruplarında beşyaşlı uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə alışması, məktəb təliminə hazırlığı və bacarıq vərdişlərinin formalaşdırılması prosesi qarşıya bir məqsəd kimi qoyulur və buna nail olunur. Keçirilən məşğələlər uşaqların erkən yaş dövründən məktəb dərslərinə hazırlanmalarına imkan verir. Həftənin ilk 4 günü ərzində, hər gün 2 saat müddətində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının əsas məqsədi uşağın məktəbə hazırlıqla əlaqədar psixoloji dayanıqlılığını artırmaq, əhatə olunduğu aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir.

Bu qruplarda gündəlik 3 məşğələ təşkil olunur. Hər məşğələnin müddəti 30, məşğələlərarası fasilə isə 10 dəqiqə olur. Bu qruplarda məşğələlər təcrübəli ibtidai sinif müəllimlərinə həvalə edilib. Məktəbəhazırlıq uşağın təlim prosesinə uyğunlaşmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Uşaqlar bu prosesi keçdikdən sonra daha aktiv olmaqla yanaşı, sərbəst fikir söyləməyi, özlərini bu və ya digər şəkildə ifadə etməyi bacarır, məktəbə və məktəbdaxili nizam-intizama alışırlar.

Məktəbəhazırlıq təhsilin təməli və hər bir təhsilalanın gələcəyinin təminatı olduğundan Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin bu istiqamətdə fəaliyyəti diqqətdə saxlanılır. Bu qruplarda məşğələlər yalnız ixtisaslı və iş təcrübəsinə malik, diaqnostik qiymətləndirmədən yüksək bal toplamış müəllimlər tərəfindən tədris edilir. Əvvəlki dövrlərdə bu qruplarda müəllimlərin seçilməsi pərakəndə xarakter daşıyırdısa, bu problem 2018-2019-cu tədris ilinin əvvəlində Təhsil Nazirliyinin kollegiya iclasının qərarı ilə aradan qaldırılıb. Həmin qərara əsasən məşğələlər ötən tədris ilində dördüncü sinifdə dərs aparmış müəllimlər tərəfindən tədris olunur. Varislik prinsipi gözlənildiyi halda beşyaşlılar və onların valideynləri artıq bilirlər ki, məktəbəhazırlıq qrupunun müəllimi həm də ibtidai təhsil pilləsini əhatə edən 4 il ərzində bu uşaqlara dərs keçəcək. Belə olan halda uşaqlar məktəbəhazırlıq qruplarında gələcək sinif müəllimlərinə uyğunlaşa bilir və müəllimlər də hər uşağın psixoloji və mənəvi keyfiyyətlərinə qabaqcadan bələd olaraq gələcəkdə şagirdlərə hansı formada yanaşma tərzini əvvəlcədən müəyyənləşdirirlər. Onlar şagirdi olacaq bu balacaları, şagirdlər isə müəllimini daha yaxından tanımaq imkanı əldə edir, ünsiyyətdə çətinlik çəkmirlər. Eyni zamanda məşğələ zamanı hər bir uşağın fərdi xüsusiyyətini öyrənmək müəllimə növbəti ildə dərs deyəcəyi həmin şagirdin potensialının, bilik və bacarıqlarının üzə çıxarılması üçün də vaxt qazandırır.

Onu da xüsusi vurğulamaq yerinə düşər ki, bu gün muxtar respublikanın ən ucqar guşələrində, vaxtilə əlçatmaz hesab olunan dağ kəndlərində belə, məktəb binalarının yenidən qurulması və onların madditexniki bazalarının təkmilləşdirilməsi dövlətimizin təhsilə prioritet sahə kimi yanaşmasından xəbər verir. Zaman keçdikcə bu istiqamətdə görülən işlərin miqyası daha da böyüyür və nəticə etibarilə, təhsilimizin keyfiyyəti yüksəlir, bacarıqlı, savadlı, hərtərəfli dünyagörüşünə malik gənclər yetişir. Təbii ki, hər bir işdə olduğu kimi, təhsildə də təməlin necə qoyulması onun gələcək inkişafında başlıca şərt hesab olunur. Bu baxımdan məktəbəqədər təhsilin düzgün qurulması, məktəbəhazırlıq qruplarının səmərəli təşkili gələcəkdə bu sahədə daha böyük irəliləyişlərin olacağından xəbər verir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg