Komissiyadan verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində vakant vəzifələrə uşaq birliyi təşkilatının rəhbəri, psixoloq, kitabxanaçı və sair işə qəbul üçün müsabiqə elan edir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər sentyabrın 4-dən oktyabrın 4-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Elektron ərizələrin təsdiqi həftənin iş günləri saat 9:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək həyata keçirilir. Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər.
Müsabiqəyə 132 vakant vəzifə çıxarılıb. Ən çox vakant vəzifələr Şərur rayonu (27 yer), Babək rayonu (22 yer), Şahbuz rayonu (20 yer) və Ordubad rayonu (19 yer) üzrə mövcud olub. Vəzifələr üzrə isə psixoloq (39 yer), uşaq birliyi təşkilatının rəhbəri (34 yer), kitabxana müdiri (26 yer) üstünlük təşkil edir.
Maraqlananlar Komissiyanın (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.”