• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün516
mod_vvisit_counterDünən729
mod_vvisit_counterBu həftə7488
mod_vvisit_counterBu ay43932
mod_vvisit_counterÜmumi2928071

Tarix: 21 Dek., 2024

Elm, təhsil insanı yüksəldən mənəvi ucalıqdır

Əməksevər bağban üçün min bir zəhmətini çəkdiyi ağacın bar-bəhəri necə qiymətlidirsə, elmi, təhsili, nailiyyətləri ilə baş ucalığı gətirən övlad da valideyn üçün o qədər dəyərli və qürurvericidir. Bu mənada, böyük filosoflar da əbəs yerə elmsiz adamı meyvəsiz ağaca bənzətmirlər. Bəli, uşaq dünyaya göz açandan bəri hər əziyyətinə qatlaşan, üzərində “yarpaq kimi əsən” valideyn üçün dünyada ən gözəl hədiyyə övladının qazandığı uğurlardır. Təbii ki, uğurlu gələcəyin möhkəm təməli təhsildən asılıdır. Məhz buna görədir ki, övladının gələcəyini düşünən qayğıkeş ata və ana ona verəcəyi ən böyük hədiyyənin təhsil olduğunu düşünür. Çünki müasir dövrdə yalnız təhsilli, savadlı insan həyatda özünə mövqe tutur, gələcəyi haqqında planlar quraraq istəyinə çatmağı bacarır...

Muxtar respublikamızda hər il ali məktəblərə keçirilən qəbul imtahanlarından sonra yüzlərlə ailəyə bu sahədə qazanılan uğurlardan pay düşür.  Builki qəbul imtahanlarında əldə olunan nəticələr Babək rayonunun Cəhri kəndində yaşayan Axundovlar ailəsinə də böyük qürur və sevinc hissi bəxş etdi. Ailənin kiçik övladı Abdulla Axundzadə imtahandan 674 bal toplamaqla bacısı Aytac kimi valideynlərinin ümidlərini doğrultdu.

Onun barəsində qısaca məlumat verərək deyim ki, Abdulla Axundzadə 2002-ci il mayın 10-da Babək rayonunun Cəhri kəndində ziyalı ailəsində dünyaya göz açıb. Anası Hədiyyə xanım yaşadıqları kənddə fəaliyyət göstərən 1 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işlədiyi üçün hər iki övladının təhsili ilə daha yaxından maraqlanmaq imkanı olub. Abdulla məktəbdə oxuyarkən fəallığı ilə müəllimlərinin diqqətini çəkir, keçirilən bilik yarışlarında hazırcavablılıq nümayiş etdirərək müvəffəqiyyətlər qazanır. 2014-cü ildən Abdulla Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə təhsilini davam etdirir. Burada da öz istedadı, biliyi ilə şagird yoldaşları arasında fərqlənməyi bacarır. O, sınaq imtahanlarında yüksək bal toplayaraq müəllimlərinin onun gələcəyinə olan etimadını daha da artırır. Abdulla məktəbdaxili bilik yarışlarında və müsabiqələrdə də qalib adını qazanaraq diplom, fəxri fərman və qiymətli hədiyyələrə layiq görülür. O, fizika üzrə keçirilən fənn olimpiadalarında uğurla iştirak edərək 2018-ci ildə muxtar respublika ikincisi, 2019-cu ildə isə muxtar respublika birincisi və ölkə ikincisi olur. Heydər Əliyev adına tam orta məktəbi “Qızıl” medalla bitirən Abdulla Axundzadə ən böyük nəticəni isə 2018-2019-cu tədris ilində keçirilən qəbul imtahanlarında göstərir. Belə ki, I ixtisas qrupu üzrə keçirilən birinci imtahanda 658 balı qənaətbəxş hesab etməyən Abdulla ikincisində 674 bal toplamaqla təkcə valideyn və müəllimlərinin deyil, muxtar respublikanın fəxrinə çevrilib. O, Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olub.

Hər il olduğu kimi, bu il də muxtar respublika rəhbəri yüksək bal toplayan tələbələrlə görüş keçirərək onları təbrik edib, qiymətli hədiyyə və pul mükafatı verib. Tələbələrə təhsillərində uğurlar arzulayıb.Abdulla Axundzadə də builki qəbul imtahanlarında muxtar respublika üzrə ikinci ən yüksək nəticə göstərən tələbə kimi həmin mötəbər tədbirdə iştirak edib.

Ailəyə bəxş olunan böyük sevinci bölüşən anası Hədiyyə xanım dedi ki,Abdulla başımızı qohum-əqrəba arasında uca edib, müəllimi olduğum Cəhri kənd 1 nömrəli tam orta məktəbin pedaqoji kollektivindən eşitdiyim xoş sözlər bir valideyn kimi məni çox qürurlandırır. Onu da deyim ki, üç il bundan öncə qızım Aytac da 606 bal toplayaraqAzərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasına qəbul olub. Həmin vaxt Abdulla da yüksək bal toplayacağına söz vermişdi və vədinə əməl etməklə ailəmizin sevinc payını artırdı. Seçdiyi ixtisasa gəldikdə isə o, hələ 6-7-ci siniflərdə oxuyarkən “Mən böyüyəndə informasiya texnologiyaları üzrə mütəxəssis olacağam”, – deyərək özünü bu sahədə püxtələşdirmək üçün mütəmadi olaraq kompüterdə çalışırdı. Lakin atası da, mən də məktəb dərslərindən geri qalmasın deyə, onu bir neçə il kompüterdən, internetdən uzaq saxlamağa çalışdıq və şükürlər olsun ki, istədiyimiz nəticəni əldə edə bildik.

Hazırda Bakı şəhərində tələbəsi olduğu ali məktəbə getməyi səbirsizliklə gözləyən Abdulla Axundzadə ilə telefon əlaqəsi saxladıq. O dedi: – Hələ uşaq yaşlarımda valideynlərimin mənim və bacımın üzərində çəkdikləri zəhməti görəndə özümə söz vermişdim ki, məktəbdə yaxşı oxuyub onları peşman etməyəcəyəm. İmtahanda uğur qazanmağımda müəllimlərimin də əməyini heç vaxt unutmaram. Seçdiyim ixtisasa uşaqlıqdan həvəsim böyük olub, kompüter proqramları hazırlamağın yollarını öyrənməyə çalışmışam. Gələcəkdə ən böyük arzum müasir texnologiyalar üzrə mühəndis kimi yetişərək bu sahədə ölkəmizə fayda verməkdir.

Onu da deyim ki, muxtar respublika rəhbəri ilə tələbələrin görüşündə iştirakım həyatımın ən gözəl anı kimi yaddaşıma həkk olundu. Onun biz tələbələrə verdiyi tövsiyələr gələcəkdə atacağım addımlarda böyük stimul olacaq. Belə xoş əhval-ruhiyyə ilə artıq dərslərin başlamasını gözləyirəm. İnanıram ki, bundan sonra da uğurlarım çox olacaq.

Abdulla Axundzadənin məzunu olduğu Heydər Əliyev adına tam orta məktəbin direktoru,AzərbaycanRespublikasının Əməkdar müəllimi Namiq Məmmədov söhbət zamanı bildirdi ki, təhsil ocağı fəaliyyət göstərdiyi müddətdə daim yüksək nəticələri ilə seçilib, hər il buranı bitirən onlarla məzun ölkəmizin qabaqcıl ali və orta ixtisastəhsilimüəssisələrinin tələbəsi adını qazanır.AbdullaAxundzadə isə ən yüksək balı toplayaraq təhsil müəssisəsinin adını daha da yüksəklərə qaldırıb. Məktəbdə fizika fənnini tədris edən Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Ruqiyyə Zeynalova da bir müəllim kimi şagirdi ilə fəxarət duyduğunu dedi: – Ötən illər ərzində uğur qazanan, ali məktəblərə qəbul olan şagirdlərim çox olub. Abdullanın da yüksək bal topladığını eşidəndə qürur hissi keçirdim. Ona dərs deyən gündən fizikaya hədsiz marağını hiss etmişdim, elə həmkarlarım da bu uşağın gələcəyinin parlaq olacağını deyirdilər və nəticə də göz qabağındadır. O təkcə dərslərində göstərdiyi fəallığı ilə yadda qalmayıb, həm də məktəbimizin ictimai işlərində də yaxından iştirak edib, nümunəvi davranışı ilə seçilib.

Elm, təhsil insanı yüksəldən mənəvi ucalıq, bəşəriyyəti kamilliyə aparan yoldur. Fərəhli haldır ki, hər il Abdulla Axundzadə kimi yüzlərlə Naxçıvan gənci yolunu elmdən, təhsildən salaraq dövlətimiz üçün savadlı kadr kimi yetişməyə çalışır. İnanırıq ki, gələn tədris illərində də bu uğurlar artan templə davam edəcək.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg