• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1673
mod_vvisit_counterDünən629
mod_vvisit_counterBu həftə1673
mod_vvisit_counterBu ay55363
mod_vvisit_counterÜmumi2939502

Tarix: 30 Dek., 2024

Təhsildə qazanılan uğur gələcək nailiyyətlərin açarıdır

Təhsil millətin gələcəyidir”,deyən ümummilli lider Heydər Əliyevin bu sahədə müəyyən etdiyi siyasət ölkəmizin ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda da uğurla davam etdirilir, gənc nəslin hərtərəfli təhsil alması, peşə sahibi olması və vətənpərvər ruhda böyüməsi üçün ardıcıl tədbirlər görülür. Təhsil müəssisələrinin müasirtələblərsəviyyəsində qurulması, təhsildə istifadə edilən qabaqcıl texnologiyalar nəticəsində tədrisin keyfiyyəti ildən-ilə daha da yüksəlir, həril ali məktəbə qəbul olunanların və yüksək bal toplayanların sayı artır. Bu il də muxtar respublikada 281 məzun ali məktəblərə qəbul imtahanlarında 500-700 arasında bal toplayıb. Sevindirici haldır ki, ölkəPrezidentinin 2019-cu il 9 sentyabr tarixli Sərəncamı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin 4 məzunu da Prezident təqaüdünə layiq görülüb.

 

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə avqustun 20-də keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Qloballaşan dünyada yaşadığımız innovativ və dayanıqlı inkişaf dövrü yeni nəsildən daha mükəmməl təhsil almağı, elmi biliklərə və peşələrə dərindən yiyələnməyi tələb edir... Siz, Vətənimizin və xalqımızın inkişafı naminə yaxşı təhsil almalı,seçdiyiniz ixtisası mükəmməl öyrənməli, öz peşənizin sahibinə çevrilməlisiniz. Hər biriniz müstəqilAzərbaycanın gələcəyi üçün məsuliyyət daşımalı, ana dilini və Vətən tarixini dərindən öyrənməli, milli dəyərlərimizə sahib çıxmalı, mənsub olduğunuz xalqın layiqli vətəndaşı olmalısınız”.

Bu il muxtar respublikada ümumtəhsil məktəblərini bitirərək qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərdiyinə görə Prezident təqaüdünə layiq görülən tələbələrimizdən biri də Nicat İsmayılovdur. O, 688 balla Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tədrisi ingilis dilində aparılan Maliyyə ixtisasına qəbul olunub. Biz də bu münasibətlə Nicatı təbrik etmək və onunla həmsöhbət olmaq qərarına gəldik:

– Nicat, əvvəlcə səni Prezident təqaüdünə layiq görülməyin münasibətilə ürəkdən təbrik edirəm. İstərdim ki, əvvəlcə özün haqqında məlumat verəsən.

– Çox sağ olun. 2002-ci ilin oktyabr ayında Bakı şəhərinin Səbail rayonunda anadan olmuşam. 2008-ci ildə Naxçıvan şəhər Afiyəddin Cəlilov adına 12 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, bu il həmin məktəbi əla qiymətlərlə başa vurmuşam. Oxuduğum müddətdə dəqiq elmlərə marağım böyük olub. Riyaziyyat fənni üzrə keçirilən olimpiadalarda iştirak edib müxtəlif nəticələr göstərmişəm. Bu il keçirilən respublika fənn olimpiadasında riyaziyyat fənni üzrə uğurlu nəticə əldə edib “Qızıl” medala layiq görülmüşəm.

– Məktəbdə oxuduğun müddətdə daha hansı uğurları əldə etmisən?

– III sinifdə oxuyarkən sınaq imtahanında I yeri qazandığım üçün fəxri fərmanla təltif edilmişəm. Məktəbdə keçirilən sınaq imtahanlarında bir neçə dəfə maksimum balı toplamağa müvəffəq olmuşam. Müxtəlif intellektual yarışmalarda dəfələrlə iştirak edib, diplomlarla təltif edilmişəm. Məktəbdə qazandığım uğurlara, ictimai işlərdə fəallığıma və nümunəvi davranışımla fərqləndiyimə görə mənə “İlin ən yaxşı şagirdi” adı verilib. Cari ildə “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində keçirilən “Nə? Harada? Nə zaman?” bilik yarışında bürünc medalla təltif edilmişəm. “İstedad-XXI əsr” hazırlıq kurslarında keçirilən sınaq imtahanlarında yüksək nəticələr əldə etdiyimə görə 2 fevral 2018-ci ildə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Gənclər Fondu tərəfindən diplomla təltif olunmuşam.

– Qəbul imtahanında göstərdiyin uğura və Prezident təqaüdünə layiq görülməyinə görə kimə minnətdarlıq edərdin?

– II qrup üzrə keçirilən qəbul imtahanında Naxçıvan Muxtar Respublikası üzrə birinci, Azərbaycan Respublikası üzrə ikinci ən yüksək nəticəni göstərmişəm. Bunun üçün həmişə mənə dəstək olan valideynlərim və müəllimlərimə minnətdaram. Biliklərə yiyələnməyimdə və formalaşmağımda daim onların qayğısını görmüşəm. Bunun üçün hər zaman onlara borcluyam.

– Nicat, ali məktəblər arasında niyə məhz UNEC-i seçdin?

– Hələ IX sinifdə oxuyarkən öz seçimimi etmişdim.Azərbaycan Dövlət İqtisad Universiteti iqtisad elmini öyrədən ali təhsil ocağı kimi həm də birsıra ixtisasları ingilis dilində tədris edən universitetdir. Tələbələr üçün yaradılan şəraitlə, tədris prosesi və kadr hazırlığı ilə də tanış olduqdan sonra seçimimin UNEC olduğunu təsdiq etdim.

– Seçdiyin ixtisas nə ilə səni özünə cəlb etdi?

– Maliyyə aktual bir sahədir və gələcək perspektivini nəzərə alaraq bu sahəni seçməyə qərar verdim.

– Boş vaxtlarında nə ilə məşğul olmağı xoşlayırsan?

– Bədii kitablar oxumağı çox sevirəm. Xarici və yerli ədəbiyyat nümunələrini tez-tez oxuyuram. Çingiz Abdullayev, Viktor Hüqo daha çox müraciət etdiyim yazarlar içərisindədirlər. “Oxunması zəruri olan kitablar Siyahısı”na daxil edilən kitablardan bir neçəsini oxuyub bitirmişəm. Bəzən ruhumu dincəldən musiqilərə də qulaq asmağı sevirəm.

– Gələcək planların barədə nə deyə bilərsən?

– Təhsil alacağım universitetdə ixtisasım üzrə bilikli mütəxəssis kimi yetişmək və öz sahəm üzrə yerli və qlobal əmək bazarında ehtiyac duyulan maliyyəçi olmaq istərdim.

– Səncə, bir insanın uğur əldə etməsi üçün ona nə lazımdır?

– Deyərdim ki, təhsildə qazanılan uğur gələcək nailiyyətlərin açarıdır. Düşünürəm ki, uğur əldə etmək üçün aydın bir məqsədin olmalı, çalışmalı və ən əsası getdiyin yolda özünə inanmalısan.

Həyatımın ən yaddaqalan hadisəsi isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun yüksək bal toplamış tələbələrlə görüşündə iştirak etməyim oldu. Mən xüsusi vurğulamaq istəyirəm ki, bu gün muxtar respublikada gənclərin təhsil alması üçün hər cür şərait yaradılıb. Gənclər onların inkişafına göstərilən qayğıdan səmərəli istifadə etməli, Vətəninə, xalqına layiq olmağa çalışmalıdırlar. Prezident təqaüdünə layiq görülməyim isə tələbə məsuliyyətimi ikiqat artırır. Bu etimadı doğrultmağa çalışacağam.

– Nicat, gələcək abituriyentlərə nə məsləhət görərdin?

– Abituriyentlərə demək istərdim ki, həyatın 11 illik taleyüklü mərhələsində peşman olmamaq üçün daha çox çalışın. Ən əsası isə yaşadığınız həyata inamla və məsuliyyətlə yanaşın.

– Maraqlı müsahibə üçün sağ ol.

-Güntac ŞAHMƏMMƏDli


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg