• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün162
mod_vvisit_counterDünən846
mod_vvisit_counterBu həftə7980
mod_vvisit_counterBu ay44424
mod_vvisit_counterÜmumi2928563

Tarix: 22 Dek., 2024

Kültəpə kənd tam orta məktəbinin açılışı olub


Sentyabrın 30-da Kültəpə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib. Məlumat verilib ki, 360 şagird yerlik 3 mərtəbəli məktəb binası ən müasir tədris infrastrukturuna malikdir. Məktəbdə 20 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər və psixoloq otaqları, kitabxana və idman zalı vardır. Məktəb zəngin kitabxana fonduna malikdir. Hazırda kitabxanada 2024-ü dərslik və 2937-si bədii ədəbiyyat olmaqla, 4961 kitab vardır. Eyni zamanda, təhsil ocağında yeni texnologiyaların tətbiqi diqqətdə saxlanılıb, sürətli internetə çıxış imkanı yaradılıb, 19 kompüter, 3 elektron lövhəli sinif istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 2 avqust tarixli Sərəncamına uyğun olaraq muxtar respublikanın ümumtəhsil məktəbləri ilə tarix muzeyi arasında interaktiv dərs keçirilib.

Ali Məclisin Sədri interaktiv dərsi izləyib. Gənclərin fiziki hazırlığı və hərbi-vətənpərvərlik tərbiyəsinin təşkili üçün lazımi şərait yaradılıb, idman zalı və hərbi kabinə istifadəyə verilib. Həmçinin şagirdlər fizika, kimya və biologiya laboratoriyalarında quraşdırılan avadanlıqlardan, eləcə də elektron dərsliklərdən istifadə edərək dəqiq elmləri daha yaxşı mənimsəyəcəklər. Bildirilib ki, “Pillə-pillə” və “Debütdə buraxılmış səhvlərə aid 1000 oyun” kitabları dərs vəsaiti kimi şahmatın tədrisində səmərəliliyi xeyli artırır. Ali Məclisin Sədri fiziki tərbiyə və hərbi hazırlıq fənninin tədrisinə ciddi diqqət yetirilməsi, şagirdlərin kompüter biliklərinin artırılması barədə tapşırıqlar verib.

Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Kültəpə kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Ölkəmizdə həyata keçirilən islahatlar Azərbaycanı ümumdünya təhsil sistemində qabaqcıl yerlərə çıxarıb. Bu gün Azərbaycan savadlılıq səviyyəsi yüz faiz təmin olunmuş ölkələr sırasındadır. Bütün bunların hamısı təhsil sahəsində görülmüş işlərin, müəllimlərin fəaliyyəti üçün yaradılan şəraitin nəticəsidir. Ölkəmizdə istər tam orta və peşə, istərsə də orta ixtisas, ali və akademik təhsil pillələri üzrə gənclərin təhsil almaları və peşə seçmələri üçün lazımi şərait yaradılmışdır. Bu da imkan verir ki, müəllimlər şagirdləri bacarıq və maraqlarına uyğun peşə seçiminə yönəltsinlər. Sevindirici haldır ki, gənclərimiz bu imkanlardan səmərəli istifadə edirlər. Kültəpə kənd tam orta məktəbində də şagirdlərin maraqlarına uyğun peşə seçiminə şərait yaradılmış, ali məktəblərə qəbulda məktəbin nəticələri 50 faizdən yüksək olmuşdur. Ali Məclisin Sədri məktəbin nailiyyətlərinə görə müəllimlərə təşəkkür edərək deyib: Qazanılan uğurlar onu deməyə əsas verir ki, məktəbdə nizam-intizam, müəllim tələbkarlığı və şagird çalışqanlığı vardır. Hazırda məktəbin şagirdlərindən 36-sı əlaçıdır. Bu nailiyyətləri qoruyub saxlamaq lazımdır. Müasir tədrisin tələbləri səviyyəsində qurulan məktəb uğurların daha da artmasına imkan verəcəkdir. Çünki məktəbin müəllimlərinin əməyi də dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, diaqnostik qiymətləndirmədən keçənlərin əməkhaqqısı artırılmışdır. Ümummilli liderimiz Heydər Əliyevin “Gənclər millətin gələcəyidir”, - fikrini xatırladan Ali Məclisin Sədri deyib ki, gənclərlə iş hər kəsin üzərinə düşən vəzifədir. Müasir məktəb binaları ona görə tikilir ki, gənclərimiz təhsilli və vətənpərvər böyüsünlər. Eyni zamanda müəllim əməyinə yüksək qiymət verilir ki, onlar ölkəmiz üçün peşə sahibi olan gənclər yetişdirsinlər. Kültəpə kənd tam orta məktəbində yaradılan şərait bu vəzifələrin uğurla yerinə yetirilməsinə imkan verir. Bu il məktəbin birinci sinfinə 26 şagird qəbul olub. Kollektiv müasir tədris şəraitindən səmərəli istifadə etməli, tədrisin səviyyəsi yüksəldilməli, şagirdlər hərtərəfli hazırlanmalıdır.

Kültəpə kənd tam orta məktəbinin direktoru Ruqiyyə Məmmədova çıxış edərək deyib ki, məktəb əvvəllər köhnə və şəraiti olmayan binada fəaliyyət göstərirdi. Müasir məktəb binasında fəaliyyət göstərmək ən böyük arzumuz idi. Kollektivimizin arzusu reallığa çevrilib. Yaradılan şəraitdən səmərəli istifadə edərək savadlı və vətənpərvər gənclər yetişdirilməsi üçün çalışacaq, etimadı doğruldacağıq. Ruqiyyə Məmmədova kollektiv adından minnətdarlıq edib.

Gənc müəllim Aytən Nağısoy minnətdarlıq edərək deyib: “Kültəpə kənd məktəbinin müəllimləri müasir infrastruktura malik binada işləyəcək, şagirdlərimiz hərtərəfli təhsil alacaqlar.

Bundan böyük diqqət və qayğı ola bilməz. Yüksək şərait təhsil işçiləri qarşısında mühüm vəzifələr qoyur, müəllimləri daha yaxşı işləməyə ruhlandırır, məsuliyyətimizi daha da artırır. Muxtar respublikada gənclərin işlə təmin olunması da daim diqqətdə saxlanılır. Bunun nəticəsidir ki, bu il keçirilən müsabiqədə yüksək nəticə əldə etmiş 100-ə yaxın müəllim orta məktəblərdə işlə təmin olunub. Həmin müəllimlərdən biri kimi mən də coğrafiya fənni üzrə Kültəpə kənd tam orta məktəbində müəllimlik fəaliyyətinə başlamışam. Belə gözəl və yaraşıqlı məktəb binasında işləmək ən böyük arzum idi”. Binanın həyətində şəhid Həsən Şahverdiyevin büstü qoyulub, müəllim və şagirdlər üçün bufet, eləcə də fərdi qazanxana tikilib, açıq idman qurğuları quraşdırılıb və abadlıq işləri görülüb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg