Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov oktyabrın 4-də “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə:
Abbasova Aynur Eldar qızına
Əliyev Elsevər İntiqam oğluna
Əsgərova Şəmsiyyə Həsən qızına
Quliyeva Atikə İbad qızına – “Əməkdar müəllim” fəxri adı verilsin".