• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün144
mod_vvisit_counterDünən846
mod_vvisit_counterBu həftə7962
mod_vvisit_counterBu ay44406
mod_vvisit_counterÜmumi2928545

Tarix: 22 Dek., 2024

5 Oktyabr-Müəllimlər Günü qeyd olunur

Oktyabrın 5-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən Beynəlxalq Müəllimlər Günü ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə Təhsil naziri Rəhman Məmmədov Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müəllimlərə fəxri adların verilməsi ilə bağlı imzaladığı sərəncamlarla tədbir iştirakçılarını tanış etmişdir. Bildirilmişdir ki, təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə muxtar respublika müəllimlərindən 4-ü Azərbaycan Respublikasının Əməkdar müəllimi, 4-ü Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüş, 4 müəllim isə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Nazir müəllimlərin əməyinə verilən qiymətə görə minnətdarlığını bildirmiş, təltif olunan müəllimləri təbrik etmişdir.

Tədbirdə təhsil naziri Rəhman Məmmədov təhsilin inkişafına göstərilən dövlət qayğısından danışaraq bildirmişdir ki, muxtar respublika təhsili tarixin heç bir dövründə bu dərəcədə dövlət qayğısı ilə əhatə olunmamış və inkişaf etməmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilmiş, 200-dən çox təhsil müəssisəsi tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuş, ümumtəhsil məktəbləri kompüter və elektron lövhələrlə təmin edilmiş, laboratoriyalar və fənn kabinələri şagird və müəllimlərin istifadəsinə verilmişdir. Bütün bunlar isə muxtar respublika müəllimlərinin səmərəli fəaliyyətinə geniş imkanlar açmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamlarına əsasən, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükünün 1.5, vəzifə maaşının 2 dəfə, cari il sentyabrın 1-dən isə bu kateqoriyadan olan müəllimlərin aylıq vəzifə maaşlarının əlavə olaraq orta hesabla 20 faiz artırılması muxtar respublikada müəllim nüfuzunun artırılmasına, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə mühüm təsir göstərmişdir.

Təhsil naziri qeyd etmişdir ki, müəllimlərin peşəkarlıq səviyyələrinin artırılması da diqqətdə saxlanılmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı sayəsində “Pedaqoji fikir tarixindən” kitabı nəşr olunaraq muxtar respublika müəllimlərinin hər birinə hədiyyə olunmuş, ötən tədris ilində ilk dəfə olaraq muxtar respublika müəllimlərinin konfransı keçirilmiş, ixtisasartırma və təlim kursları təşkil edilmişdir. Bununla yanaşı bilikli, yüksək intellektual səviyyəyə malik vətənpərvər gənclər yetişdirən müəllimlərin əməyi dövlətimiz tərəfindən qiymətləndirilmiş, müəllimlərdən 117-si “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 187-si isə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adlarına layiq görülmüş, 108 müəllim “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Həyata keçirilən tədbirlər müəllim nüfuzunu artırmış, onlar arasında sağlam rəqabəti və motivasiyanı gücləndirmiş, təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə yüksəlməsinə səbəb olmuşdur. Göstərilən dövlət qayğısı sayəsində Naxçıvan Muxtar Respublikasında öz sənətini sevən kifayət qədər peşəkar müəllim formalaşmış, bu peşəyə maraq artmışdır. Məhz bu görülən işlərin nəticəsidir ki, müəllim olmaq istəyənlərin sayında hər il artım müşahidə olunur. Ötən tədris ilində məzunlardan 740 nəfərinin pedaqoji profilli ixtisasa qəbul olunması bunun əyani ifadəsidir.

Təhsil naziri gənc müəllimlərin işlə təminatından da danışaraq bilidirmişdir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 aprel 2018-ci il tarixli qərarına uyğun olaraq pedaqoji kadrların müsabiqə ilə işə qəbulu gənc kadrların işlə təmin olunmasına, eləcə də ümumtəhsil müəssisələrinin bilikli müəllimlərlə təminatına geniş imkanlar açmışdır. 2018-ci ildən etibarən keçirilən müsabiqələrdə yüksək nəticə göstərən 215 müəllim işlə təmin olunmuşdur. Hazırda rayon mərkəzindən uzaq məsafədə yeləşən kənd məktəblərində fəaliyyət göstərən müəllimlərə həvəsləndirmə tədbirləri tətbiq edilir.

Muxtar respublikanın təhsil müəssisələrində müəllimlərin vahid geyim formasından istifadə etməsi isə tədrisin və təlim-tərbiyənin yüksəldilməsinə öz müsbət təsirini göstərmişdir.

Qeyd olunmuşdur ki, bu gün mütərəqqi təhsil metodlarının tətbiqi, müəllim əməyinə verilən yüksək qiymət, təhsil müəssisələrində yaradılan müasir tədris şəraiti müəllim əməyinin bəhrələrini daha da artırır, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunda uğurlu nəticələr qazanılır. Muxtar respublikada 2018-2019-cu tədris ilinin nəticələri uğurlu olmuş, qəbul imtahanlarında yüksək nəticələr əldə edilmiş, məzunlardan 1720-si ali məktəblərə, 244-ü isə orta ixtisas təhsili müəssisələrinə olmaqla 1964 nəfəri, yaxud 71 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Onlardan 281-i 500-700 arası bal toplamış, 4 məzun isə Prezident təqaüdünə layiq görülmüşdür. Bununla yanaşı ötən tədris ilində muxtar respublika təhsil müəssisələrinin buraxılış imtahanlarının nəticələri Azərbaycan Respublikası üzrə orta statistik göstəricidən yüksək olmuşdur.

Sonra Təhsil naziri təhsilə və müəllim əməyinə göstərdiyi dövlət qayğısına görə bütün tədbir iştirakçıları və təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmiş, müəllimləri təbrik etmişdir.

Sonra tədbidə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatı, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, Aşağı Yaycı kənd tam orta məktəbin direktoru Yeganə Məmmədova, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin direktoru Məlahət Rüstəmova, Şahbuz rayon Ağbulaq kənd tam orta məktəbinin gənc müəllimi, Prezident mükafatçısı Nigar Mirzəmmədova, Babək rayon Gülşənabad kənd tam orta məktəbinin yeni işə qəbul olunmuş gənc müəllimi Fatma Kərimova çıxış edərək onların fəaliyyəti üçün yardılan şəraitdən, müəllim peşəsinə marağın artmasından danışmış, təhsilə və müəllim əməyinə göstərdiyi dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, muxtar respublika müəllimləri bundan sonra da təhsilin inkişafında yorulmadan çalışacaq, vətənpərvər və bilikli gənc nəsil yetişdirəcəklər.

Sonra təhsildə səmərəli fəaliyyəti ilə fərqlənən Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Murad Babayev, Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodik kabinet müdiri Sabir Məmmədov və Naxçıvan Şəhər Şahmat Mərkəzinin direktoru Emin Hacıyev səmərəli fəaliyyətlərinə görə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə, bir qrup müəllim isə diplom və hədiyyələrlə təltif olundu.

Tədbirin bədii hissəsində “Pedaqoji fikir tarixindən” kitabından seçmələr oxunmuş, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri tərəfindən mahnı və rəqs nömrələri ifa edilmiş, müəllim haqqında şeirlər bədii qiraət olunmuşdur.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg