Naxçıvan Qarnizonu tam orta məktəbində 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü qeyd edilib.
Tədbirdə çıxış edənlər ötən tədris ilində məktəbin 21 məzunundan 19 nəfərinin ali təhsil müəssisələrinə, 2 nəfərin isə orta ixtisas təhsili müəssisələrinə daxil olduğunu bildiriblər. Qeyd olunub ki, məzunlardan 5 nəfəri daha yüksək nəticə göstərib. Muxtar respublikada müəllim əməyinə verilən yüksək qiymətin nəticəsidir ki, Naxçıvan Qarnizonu tam orta məktəbində dərs deyən müəllimlərdən 3 nəfəri Azərbaycan Respublikasının, 1 nəfəri Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb, 1 müəllim “Tərəqqi” medalı, 1 müəllim isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub.
Çıxışların ardından təhsildə fərqlənən müəllimlərə fəxri fərman və hədiyyə verilib.
Sonda şagirdlər müəllimlərini mahnı və şeir nümunələri ilə təbrik ediblər.