• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1460
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə1460
mod_vvisit_counterBu ay46614
mod_vvisit_counterÜmumi2930753

Tarix: 23 Dek., 2024

Cəlil Məmmədquluzadənin “Hekayələr”i haqqında

Mən kitab oxumağı çox sevirəm. Çünki bilmədiyim, öyrənmək istədiyim hər bir məlumatı kitablardan əldə edirəm. Oxuduğum kitablar arasında təkcə dərsliklərim deyil, bədii kitablar da var. Çünki biz şagirdlərin hərtərəfli formalaşmasında bədii kitabların rolu əvəzolunmazdır. Elə bu məqsədlə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən əsərlər bizim üçün ən böyük örnəkdir. Bu siyahı, sanki biz məktəblilər üçün bir kitabxanadır.

Biz şagirdlər bu əsərləri oxuduqca Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrini, keçmiş, habelə indiki və gələcək nəsillər üçün öz əhəmiyyətini itirməyən, dərin məna kəsb edən əsərlərin müəlliflərini yaxından tanıyırıq.

Məsələn, mən bilirəm ki,Cəlil MəmmədquluzadəAzərbaycan ədəbiyyatında ən görkəmli ədiblər sırasında olmuş, acgöz, yaltaq, savadsız və ədalətsiz insanları tənqid etmək məqsədilə bir sıra hekayələr, povestlər və dram əsərləri yazmışdır. Yazıçı cəhalət dərdinin yeganə dərmanını elmdə görürdü.

“Quzu” hekayəsində “Poçt qutusu”ndakı Novruzəli obrazının tam əksi olan Məmmədhüseynin çoxbilmişliyi ilə pul qazana bilməsinin o dövr üçün adi hal olmasından, “Sirkə” hekayəsində bir ədibin Bakıya gəlməsilə qarşılaşdığı hadisələr və onun buranın adət-ənənələrinə uyğunlaşa bilməməsindən, “Qurbanəli bəy” hekayəsində acgözlük, kobudluq rəmzi və əsl gülüş mənbəyi olan Qurbanəli bəyin alçaq həyat tərzindən bəhs olunur. “Saqqallı uşaq”, “Poçt qutusu” hekayələrini oxuduqca güclü yumor hissi ilə rastlaşdım. Bu əsərlərdə müəllif avam, zavallı insanların düşdükləri vəziyyətləri yumoristik şəkildə qələmə alsa da, əslində, onlara ürəkdən acıdığını, sevgi və mənəvi bağlılıq göstərdiyini dərk etdim. Ədibin hekayələrini oxuduqca yeni kəndlərlə tanış oldum, bu kəndlərin reallıqda olmadığını, sadəcə, müəyyən mənalar ifadə etdiyini də öyrəndim. Cəlil Məmmədquluzadənin əsərləri bu gün də böyük maraqla oxunur. Çünki ömrü boyu xalqının taleyi, düşüncə kasıblığı onu narahat edib. Mən əminəm ki, bizdən sonrakı nəsillər də Cəlil Məmmədquluzadənin hekayələrini sevə-sevə oxuyub öyrənəcəklər.

Pərvin YUSİFLİ Ordubad rayon Nüsnüs

kənd tam orta məktəbinin IX sinif şagirdi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg