Naxçıvan şəhərindəki 5 nömrəli tam orta məktəbdə biologiya, tarix və ingilis dili ixtisası üzrə təcrübədə olan tələbələrin dərsləri dinlənilib, onlara metodiki köməklik göstərilib. Dərs prosesinin mərhələli təşkili tələbələrə izah edilib.
Sonra açıq dərslərin yekun müzakirəsi olub. Tələbələrin məktəbdaxili fəaliyyətləri təhlil olunub, onlara müvafiq istiqamətlər verilib.
Qeyd edək ki, bu tədris ilində Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və “Naxçıvan” Universitetindən ümumilikdə 569 tələbə oktyabrın 1-dən noyabrın 15-dək Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan Qızlar Liseyində, Naxçıvan şəhərindəki tam orta məktəblərdə, Babək rayonunun Kərimbəyli və Şıxmahmud kənd tam orta məktəblərində pedaqoji təcrübədədir.