• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün486
mod_vvisit_counterDünən846
mod_vvisit_counterBu həftə8304
mod_vvisit_counterBu ay44748
mod_vvisit_counterÜmumi2928887

Tarix: 22 Dek., 2024

Şahmat üzrə növbəti interaktiv dərs keçirilmişdir

. İntellektual idman növü kimi şahmatın inkişafına muxtar respublikamızda ciddi diqqət yetirilir. Bu məqsədlə şəhər və rayonlarda şahmat məktəbləri tikilərək istifadəyə verilib, həmin məktəblərin maddi-texniki bazası gücləndirilib. Eyni zamanda müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş şahmat məktəblərində interaktiv dərslərin təşkili üçün hər cür şərait yaradılıb.

Ümumtəhsil məktəblərində şahmat dərslərinin tədrisi səviyyəsinin artırılması, uşaq-gənclər şahmat məktəblərinin fəaliyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Təhsil Nazirliyi Şahmat Federasiyası ilə birlikdə hər ay interaktiv şahmat məşğələləri təşkil edir.

Həmin tədbirlərin davamı olaraq 25 oktyabr 2019-cu il tarixdə Naxçıvan Şahmat Mərkəzində “Açıq debütlərin izahlı təhlili” mövzusunda növbəti interaktiv dərs keçirilib. Dərs beynəlxalq dərəcəli hakim, Naxçıvan Şahmat Mərkəzinin direktoru Emin Hacıyev tərəfindən keçirilib.

İnteraktiv şahmat məşğələsi saat 1100-da ümumtəhsil məktəblərinin şagirdləri üçün keçirilmişdir. Bununla yanaşı, 1200-da ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün “Elektron vəsaitlərdən istifadə” mövzusunda seminar, saat 1500-da isə “Siciliya müdafiəsi, oyunların təhlili” mövzusunda rayon şahmat məktəbləri ilə keçirilən interaktiv dərsdə muxtar respublika şahmatçılarının oyunları təhlil edilmişdir.

İnteraktiv dərs 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən, şahmat məktəblərində isə 200-dən çox şahmatçı tərəfindən elektron lövhə vasitəsilə izlənilib. İnteraktiv dərs ­zamanı şahmatçıları maraqlandıran suallar cavablandırılıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg