• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün602
mod_vvisit_counterDünən846
mod_vvisit_counterBu həftə8420
mod_vvisit_counterBu ay44864
mod_vvisit_counterÜmumi2929003

Tarix: 22 Dek., 2024

“Şagird-məzun və nəzarətçilərin elektron qeydiyyatı” sisteminin əlaqələndiriciləri üçün seminar keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin təşkilatçılığı ilə oktyabrın 29-da Şəhər və Rayon Təhsil şöbələrinin və təhsil müəssisələrinin “Şagird-məzun” informasiya sisteminin əlaqələndiriciləri üçün seminar keçirilib.

Seminarda regional Bölmənin rəhbəri Sabir Məmmədov 2020-ci ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli və “Nəzarətçilərin elektron qeydiyyatı” sistemindən istifadə qaydaları haqqında məlumat verdi.

Qeyd edildi ki, test imtahanlarına muxtar respublikanın ümumtəhsil müəssisələrindən cəlb olunan müəllimlərdən ibarət zal nəzarətçiləri bazası formalaşdırılır. Nəzarətçilər bazasının formalaşdırılması işinin sürətləndirilməsi və səmərəliliyinin artırılması məqsədi ilə 2014-cü ilin noyabr ayından “Nəzarətçilərin elektron qeydiyyatı” sistemindən istifadə edilir. Belə ki, bu sistem vasitəsilə nəzarətçilərin qeydiyyatı elektron üsulla aparılır.

Eyni zamanda şagirdlərin onlayn sınaq imtahanlarında iştirakı üçün Dövlət İmtahan Mərkəzi tərəfindən hədiyyə edilmiş kuponlardan istifadə qaydaları haqqında məlumat verilmişdir.Qeyd edilmişdir ki, şagirdlərin bu imtahanlarda iştirakını təmin etmək üçün Dövlət İmtahan Mərkəzi həddiyə kuponlar hazırlamış və səmərəli istifadəni təmin etmək üçün də Təhsil Nazirliyi tərəfindən portalda qeydiyyatdan keçirilmişdir.

Nazirliyin Sektor müdiri Məmməd Bayramov isə “Şagird-məzun” sisteminin əhəmiyyəti, bu sahədə həyata keçirilən yeniliklər, yekun qiymətləndirmənin nəticələrinin sistemə işlənməsi haqqında məlumat verdi.

Vurğulandı ki, “Şagird-məzun” informasiya sistemləri məlumat bazasında Şəhər və Rayon Təhsil şöbələrinin müdirləri, ümumtəhsil müəssisələrinin rəhbərləri, əlaqələndiriciləri və şagirdləri haqqında məlumatlar öz əksini tapıb.

Sonra sektor müdiri seminar iştirakçılarına 2019-2020-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların, buraxılış sinfində təhsil alan bütün şagirdlər barədə zəruri məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi ilə bağlı müvafiq qaydaları izah etdi.

Seminarda “Şagird-məzun”informasiya sistemində yaradılmış yeni imkanlar və “Nəzarətçilərin elektron qeydiyyatı” sistemindən istifadə qaydaları ilə bağlı müzakirələr aparıldı və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

Seminarın sonunda “Şagird-məzun” informasiya sistemi ilə bağlı istifadəçi təlimatı seminar iştirakçılarına təqdim edildi.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg