• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün529
mod_vvisit_counterDünən846
mod_vvisit_counterBu həftə8347
mod_vvisit_counterBu ay44791
mod_vvisit_counterÜmumi2928930

Tarix: 22 Dek., 2024

“Naxçıvan tarixi” dərsliyi muxtar respublikanın 95 illiyinə dəyərli töhfədir

 

Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin 7-ci siniflərində dərsdənkənar məşğələ üçün tədrisi nəzərdə tutulan “Naxçıvan tarixi” dərsliyinin təqdimat mərasimi keçirilib. Təhsil naziri Rəhman Məmmədov tədbirdəki çıxışında bildirib ki, qədim diyarımızın tarixi ilə əlaqədar müstəqillik illərinədək aparılan tədqiqatlarda keçmiş sovet ideologiyasına xas olan prinsiplər əsas götürülmüş, Naxçıvanın tarixi düzgün yazılmamış, elmdə boşluq yaranmışdı. Müstəqillik illərində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində qədim diyarımızın tarixinin öyrənilməsi istiqamətində mühüm işlər görülüb.

Bu illər ərzində muxtar respublika tarixinin ayrı-ayrı dövrlərinə həsr olunan elmi simpozium və konfranslar keçirilib. Muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələri pasportlaşdırılıb, mühüm elmi dəyərə malik kitablar, monoqrafiya, dərs vəsaiti, broşür, elmi məqalə və tezislər çap olunub, doktorluq və namizədlik dissertasiyaları müdafiə edilib.

Təhsil naziri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən 2019-2020-ci tədris ilindən muxtar respublikanın ümumtəhsil məktəblərinin 7-ci siniflərində Naxçıvan tarixinin dərsdənkənar məşğələ olaraq tədrisi nəzərdə tutulub. Tədrisin yüksək səviyyədə təşkili məqsədilə “Naxçıvan tarixi” üçcildliyi, eyni zamanda muxtar respublikada aparılan son elmi tədqiqatların nəticələri əsasında “Naxçıvan tarixi” dərsliyi hazırlanıb. Üç bölmədən ibarət olan kitabda 15-ə yaxın xəritə, arxeoloji tədqiqatlar zamanı aşkar edilən maddi mədəniyyət nümunələri, 50-dən çox fotoşəkil yerləşdirilib. Kitabda Naxçıvan tarixi xronoloji ardıcıllıqla, ayrı-ayrı mövzular şəklində verilib. Muxtar respublika ümumtəhsil məktəblərində qədim tariximizin tədrisi gələcəyimiz olan şagirdlərin milli özünüdərk, vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsində mühüm rol oynayacaqdır. Muxtar respublikanın 95 illiyinə dəyərli töhfə olan yeni dərslik nəinki ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, eləcə də Naxçıvanın tarixi ilə maraqlananlar üçün faydalı mənbədir. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev tədbirdə çıxış edərək bildirib ki, Naxçıvanda elmi mühitin formalaşması, tarixinin daha dərindən öyrənilməsi bölmənin yaradılmasından sonra canlanıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev AMEA Naxçıvan Bölməsinin yaradılmasına həsr olunmuş müşavirədə iştirak etmiş, Naxçıvan tarixi ilə bağlı bölmə qarşısında çox ciddi vəzifə qoymuşdu. Bununla əlaqədar ümumiləşdirici əsərlər, kitab və monoqrafiyalar, elmi məqalələr yazılıb, elmi konfranslar keçirilib.  Akademik qeyd edib ki, “Naxçıvan tarixi” dərsliyi qədim diyarın tarixinin öyrənilməsi və onun gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlərin tərkib hissəsidir. Kitab Naxçıvan şəhərindəki orta məktəblərdə çalışan beş tarix müəllimi tərəfindən qədim yurdumuzda aparılan genişmiqyaslı tədqiqatlara əsaslanaraq yazılıb. Tədris vəsaitində Naxçıvanın ən qədim zamanlardan müasir günümüzədək olan tarixi haqqında yığcam məlumat verilib. 

Tədbirdə AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin, “Naxçıvan tarixi” dərsliyinin müəllifləri – Həsən Həsənov, Təhminə İbrahimova, Aytəkin Məmmədova və Xülya Seyidzadənin çıxışları dinlənilib. Çıxışlarda yeni dərsliyin elmi əhəmiyyətindən danışılıb, tədris prosesinin təşkilində müəllimlər üçün dəyərli mənbə olacağı qeyd edilib. Kitabda Naxçıvanın yerləşdiyi tarixi ərazi, təbii-coğrafi xüsusiyyətləri, adının etimologiyası, ictimai tarixi, Azərbaycanın qədim dövlətçilik ənənələrində, siyasi-­iqtisadi və mədəni həyatındakı yeri işıqlandırılıb. 

Çıxış edənlər “Naxçıvan tarixi” dərsliyinin ərsəyə gəlməsi və nəşrinə göstərdiyi dəstəyə görə Naxçıvan  Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər. Sonda dərsliyin müəlliflərinə Təhsil Nazirliyinin diplomu və “Naxçıvan tarixi” dərsliyi təqdim olunub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg