• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün594
mod_vvisit_counterDünən846
mod_vvisit_counterBu həftə8412
mod_vvisit_counterBu ay44856
mod_vvisit_counterÜmumi2928995

Tarix: 22 Dek., 2024

“Ümumtəhsil məktəblərində kitabxana işinin təşkili” mövzusunda seminar keçirilib

Təhsil müəssisələrində kitabxanaların fəaliyyətinin gücləndirilməsi, yaradılan əlverişli şəraitdən səmərəli istifadənin təşkili, şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə 31 oktyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Kəngərli Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Xok kənd tam orta məktəbində ümumtəhsil məktəblərində kitabxana işinin təşkilinə həsr edilmiş seminar keçirilib. Məktəb kitabxanaçılarının, tərbiyə işləri üzrə direktor müavinlərinin və uşaq birliyi təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən seminarı giriş sözü ilə Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı açaraq muxtar respublikamızda təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Qeyd olunub ki, həyata keçirilən tədbirlərdən biri də məktəblərdə yaradılan zəngin kitabxanalardır. Kitabxanaların hamısı bədii ədəbiyyat və pulsuz dərsliklərlə təmin edilib. Vurğulanıb ki, bu gün hər bir məktəb kitabxanasından səmərəli istifadə edilməli, şagirdlərin təlim-tərbiyəsində bədii ədəbiyyatlardan istifadə, mütaliə mədəniyyətinin inkişaf etdirilməsi diqqətdə saxlanılmalıdır.

Seminarda məruzə ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Mahir Babayev Naxçıvanda kitabxana işinin tarixindən, təhsil müəssisələrinin kitabxanalarına göstərilən dövlət qayğısından və qarşıda duran vəzifələrdən danışıb. Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu sahəyə göstərdiyi diqqət və qayğı nəticəsində muxtar respublikada kitabxanaların maddi-texniki bazası yaxşılaşdırılmış, kitabxana fondu zənginləşdirilmiş, elektron kitabxanalar yaradılmış, oxunması zəruri olan kitabların siyahısı təsdiq edilmişdir. Bu qayğıdan ümumtəhsil məktəblərinin kitabxanalarına da pay düşmüş, məktəb kitabxanaları zəruri avadanlıqlarla təchiz olunmuş, kitabxana fondları zənginləşdirilmiş, kompüterlə təmin olunmuşdur. Bunun nəticəsidir ki, hazırda ümumtəhsil məktəblərinin kitabxana fondlarında, ümumilikdə 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyat vardır.

Seminarda Kəngərli Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri Aysel Şəfiyevanın, Kəngərli Rayon Təhsil Şöbəsinin metodiki kabinet müdiri Həsən Tağıyevin, Böyükdüz kənd tam orta məktəbinin kitabxana müdiri Aytac Budaqovanın şagirdlərin dünyagörüşünün formalaşdırılmasında kitabxananın rolu, təhsil müəssisələrində kitab fondunun qorunub-saxlanılması və istifadəsi, şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı çıxışları dinlənilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg