Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün müsabiqə elan edilib.
Müsabiqəyə 229 vakant vəzifə çıxarılıb. Ən çox vakant vəzifələr Şərur (55 yer), Ordubad (49 yer), Şahbuz (37 yer) və Babək (24 yer) rayonları üzrədir. Vakant vəzifələr sırasında Coğrafiya (44 yer), İngilis dili (29 yer), İbtidai sinif müəllimliyi (22 yer), Biologiya (21 yer) və Kimya (21 yer) ixtisasları üstünlük təşkil edir.
Müsabiqədə iştirak etmək istəyən namizədlər noyabrın 6dan dekabrın 6-dək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizədlər iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almaqla bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilərlər.
Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya gələ bilərlər. Elektron ərizələrin təsdiqi həftənin iş günləri saat 9:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək həyata keçirilir.
Maraqlananlar üçün Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə etmək mümkündür.