• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün510
mod_vvisit_counterDünən846
mod_vvisit_counterBu həftə8328
mod_vvisit_counterBu ay44772
mod_vvisit_counterÜmumi2928911

Tarix: 22 Dek., 2024

Payız kənd tam orta məktəbinin komandası ikinci dəfə respublika çempionu oldu

 

“Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika final mərhələsinin qalibi olmuş Babək rayon Payız kənd tam orta məktəbinin komandasının mükafatlandırılması mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov açaraq qeyd edib ki, muxtar respublikada şagirdlərin asudə vaxtının səmərəli təşkili, yaradıcılıq potensialının üzə çıxarılması və fiziki inkişafı daim diqqət mərkəzində saxlanılır, gənc nəslin sağlam və vətənpərvər ruhda böyüməsinə qayğı ilə yanaşılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində hərbi kabinələr yaradılıb, idman zalları və açıq idman qurğuları istifadəyə verilib, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, fiziki sağlamlığının qorunması və kütləvi bədən tərbiyəsinin inkişafı üçün yüksək şərait yaradılmışdır.

 

Təhsil naziri yeniyetmə və gənclərə hərbi-vətənpərvərlik hissinin aşılanması, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübariz ruhda böyüməsinin əhəmiyyətinə toxunaraq qeyd edib ki, yaradılan şəraitdən bəhrələnərək ümumtəhsil məktəblərində şagirdlərdə hərbi-vətənpərvərlik tərbiyəsinin formalaşdırması məqsədilə müxtəlif müsabiqələr və yarışlar həyata keçirilir ki, həmin yarışlardan biri də “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyüdür.

Bildirilib ki, “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə əvvəlcə ümumtəhsil məktəbliləri arasında zona yarışları keçirilib, orada yüksək nəticə əldə edən 8 komanda 15 oktyabr 2019-cu il tarixdə muxtar respublika üzrə birincilik uğrunda mübarizə aparıblar. Babək rayon Payız kənd tam orta məktəbinin komandası qalib olaraq respublika final mərhələsində muxtar respublikanı təmsil etmək hüququ qazanıb.

31 oktyabr – 05 noyabr 2019-cu il tarixdə Xaçmaz rayonunda ölkəmizin müxtəlif bölgələrinin 16 komandası arasında keçirilən payız çağırışına həsr olunmuş poliatlon çoxnövçülüyü üzrə respublika çempionatında Babək rayon Payız kənd tam orta məktəbinin komandası uğurla çıxış edərək ikinci dəfə çempionatın qalibi olub. Həmçinin komandanın üzvlərindən Sənan Əşrəfov və Taleh Yaqubov idman oyunun 2000 metr məsafəyə qaçış və qumbaraatma mərhələlərində ən yüksək nəticə göstərdiklərinə görə kubokla mükafatlandırılıblar.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki, son illər muxtar respublikada idmanın kütləviliyi diqqət mərkəzindədir. Muxtar respublikanın şəhər və rayonlarında olimpiya idman komplekslərinin, idman mərkəzlərinin, uşaq-gənclər idman məktəblərinin, şahmat məktəblərinin, orta məktəblərdə idman zallarının və sadə tipli idman qurğularının istifadəyə verilməsi gənc nəslin fiziki sağlamlığının qorunması və kütləvi bədən tərbiyəsinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Gənclər muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirak edirlər. Bu gün muxtar respublikada gənclərin məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, onların hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği, intellektual səviyyələrinin yüksəldilməsi diqqət mərkəzindədir.

Nazir vurğulayıb ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması daim diqqətdə saxlanılır, bununla bağlı müxtəlif mövzularda tədbirlər keçirilir. Bu gün gənclərin bütün sahələrdə uğur qazanması onu göstərir ki, onlara dövlətimiz tərəfindən böyük diqqət və qayğı var. Muxtar respublikada uşaq və gənclərin idmana cəlbi yönündə mühüm işlər görülür, onların asudə vaxtlarının səmərəli təşkili üçün şəhər və rayonlarla yanaşı, kəndlərdə də idman obyektləri tikilərək istifadəyə verilir. Məhz Babək rayon Payız kənd tam orta məktəbinin komandasının  “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika final mərhələsinin qalibi olması da bunun bariz nəticəsidir.

Sonda Azad Cabbarov məktəbliləri qazanılan uğura görə təbrik edib, gələcək təhsil və idman yarışlarında onlara uğurlar arzulayıb

Tədbirdə Payız kənd tam orta məktəbinin direktoru Turan Məmmədli çıxış edərək əldə edilən uğurun Payız kənd tam orta məktəbində yaradılan müasir tədris şəraitinin nəticəsi olduğunu bildirib ki, yaradılan bu şəraitə və təhsilə göstərdiyi dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə məktəbin kollektivi adından minnətdarlığını çatdırıb.

Tədbirin sonunda Payız kənd tam orta məktəbinin qalib komandasının üzvlərinə geyim dəsti hədiyyə edilib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg