• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün521
mod_vvisit_counterDünən846
mod_vvisit_counterBu həftə8339
mod_vvisit_counterBu ay44783
mod_vvisit_counterÜmumi2928922

Tarix: 22 Dek., 2024

Gənc kadrlarla görüş keçirilmişdir


Noyabrın 12-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində ümumtəhsil məktəblərində vakant vəzifələr üçün keçirilən müsabiqədə müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc kadrlarla görüş keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri gənclərə göstərilən yüksək dövlət qayğısından danışmış, bildirmişdir ki, bu gün muxtar respublikamızda gənclərə göstərilən yüksək qayğılardan biri də onların işlə təmin olunmasıdır.

Qeyd olunmuçdur ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 14 aprel 2018-ci il tarixli qərarına uyğun olaraq ümumtəhsil məktəblərinə işə qəbul müsabiqə yolu ilə həyata keçirilir.

 

2018-2019-cu tədris ilindən başlayaraq işə qəbul ilə bağlı keçirilən 4 müsabiqədə yüksək nəticə göstərən 214 müəllim, 13 psixoloq, 7 uşaq birliyi təşkilatı rəhbəri, 1 kitabxana müdiri, 1 tərbiyəçi və 7 laborant işlə təmin olunmuşdur.

Yeni tədris ili üçün vakansiyaya uyğun olaraq 04 sentyabr 2019-cu il tarixdə müsabiqə elan edilmişdir. Müsabiqəyə ümumtəhsil məktəblərində vakant olan psixoloq, Uşaq Birliyi Təşkilatının rəhbəri, laborant, tərbiyəçi, kitabxana müdiri və kitabxanaçı vəzifələri çıxarılmışdır. Müsabiqəyə çıxarılmış 147 vakant yerləri tutmaq üçün 225 müraciət olmuşdur.

31 oktyabr-7 noyabr 2019-cu il tarixlərdə həyata keçirilmiş test imtahanlarında iştirak etmiş namizədlərdən ən yüksək bal toplamış 56-sı vakant vəzifələrə təyin olunmuşdur.

Vurğulanmışdır ki, gənclərin ucqar dağ kəndlərində yerləşən təhsil müəssisələrində pedaqoji fəaliyyətə başlaması həmin təhsil müəssisəsində yaradılmış yüksək təhsil şəraiti və yaşayış məntəqələrinin günü-gündən müasirləşməsi nəticəsində mümkün olmuşdur. Bütün bunlar isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikamızda həyata keçirdiyi siyasət və əməli tədbirlərin məntiqi nəticəsidir.

Sonra Təhsil naziri yeni işə başlayan gənc kadrları təbrik etmiş, fəaliyyətlərində uğurlar arzulamışdır.

Gənc kadrlar adından çıxış edən Aytac Abbasova həyata keçirilən uğurlu təhsil siyasəti və gənclərə göstərilən yüksək dövlət qayğısına görə minnətdarlığını bildirmişdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg