Beynəlxalq Riyaziyyat Olimpiadası Amerika Riyaziyyatçılar Assosiasiyası tərəfindən təşkil olunur və dünyanın 70-dən çox ölkəsində keçirilir. Azərbaycanda isə bu olimpiada Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilir.
VII, VIII və IX sinif şagirdləri üçün keçirilən olimpiadada Heydər Əliyev adına tam orta məktəbdən 8, Naxçıvan Qızlar Liseyindən 10, Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydən 15, Naxçıvan Qarnizonu tam orta məktəbindən 6, Naxçıvan Şəhər ümumtəhsil məktəblərindən 100 olmaqla, ümumilikdə 139 nəfər iştirak edəcək. Bunlardan 45-i VII, 50-si VIII, 44-ü isə IX sinif şagidləridir. Olimpiada iştirakçıları test formatında 25 sualı 60 dəqiqə ərzində cavablandıracaqlar.
Olimpiadada yüksək nəticə əldə edən hər bir şagirdə və həmin şagirdlərin oxuduğu məktəbə beynəlxalq sertifikat təqdim ediləcəkdir.