Ümumtəhsil məktəblərində müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, təlim texnologiyaları və müasir təlim üsullarının tətbiqi sahəsində bacarıqlarının artırılması məqsədilə 18- noyabr 2019-cu il tarixdə ibtidai sinif müəllimləri üçün “Ana dili” fənnindən “Şagirdlərin oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi yolları” mövzusunda ixtisasartırma kursuna başlanılmışdır. Təlim kursu 22 noyabr 2019-cu il tarixdə başa çatacaq.
Naxçıvan Müəllimlər İnstitutunda keçirilən kursda Muxtar Respublika ümumtəhsil məktəblərindən 30 nəfər ibtidai sinif müəllimi iştirak edəcək.