20 noyabr 2019-cu il tarixdə Sədərək rayon şahmat məktəbinin oyun zalında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Sədərək rayon Təhsil şöbəsinin və Naxçıvan MR Gənclərin İntellektual İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar yeniyetmələr arasında oxunması zəruri olan kitablar əsasında "Nə? Harada? Nə zaman?" İntellektual Oyunu keçirildi.
Oyunda Sədərək rayon ümumtəhsil məktəblərindən 20 nəfər şagird, 4 komanda halında iştirak edirdi. Birinci yerə Sədərək kənd 1 nömrəli tam orta məktəb, ikinci yerə Sədərək kənd 2 nömrəli tam orta məktəb və 3-cü yerə isə Qaraağac kənd tam orta məktəbi layıq görüldü. Qaliblər diplom və fəxri fərmanlarla təltif olundu.