• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün80
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə972
mod_vvisit_counterBu ay45234
mod_vvisit_counterÜmumi2929373

Tarix: 23 Dek., 2024

Ümumdünya Uşaq Günü ilə əlaqədar tədbir keçirilmişdir

20 noyabr-Ümumdünya Uşaq Günü, Uşaq Hüquqları haqqında Bəyannamənin qəbul olunmasının 60 illiyi və Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul olunmasının 30 illiyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Təhsil, Mədəniyyət nazirlikləri və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində tədbir keçirilmişdir. Əvvəlcə tədbirin aparıcıları bu günün tarixi haqqında qısaca olaraq məlumat verərək bildirmişlər ki, uşaqların rifahı naminə və onların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə 1959-cu il noyabrın 20-də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi Uşaq Hüquqları Bəyannaməsini, 1989-cu il noyabr ayının 20-də 54 maddədən ibarət Uşaq Hüquqları Konvensiyasını qəbul etmişdir. Ona görə də noyabrın 20-si Ümumdünya Uşaq Günü kimi tarixə düşmüşdür. Bu gün dünyanın əksər ölkələrində, eləcə də ölkəmizdə xüsusi qeyd edilir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və mədəniyyət naziri Natəvan Qədimova çıxış ediblər. Bildiriblər ki, uşaq hüquqlarının müdafiəsinin hərtərəfli təmin olunması ölkəmizdə uğurla həyata keçirilən dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Uşaqların keyfiyyətli təhsil almaları, yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması ölkəmizdə dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir.  Həmçinin qeyd ediblər ki, Naxçıvan Muxtar Respublikasında da uşaqlar dövlət qayğısı ilə təmin edilir, onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir. Bu gün muxtar respublika əhalisinin 35 faizi və ya 163 min 815 nəfəri uşaqlardır.  Muxtar respublikada uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir, yaxşı təhsil almaları, layiqli vətəndaş kimi formalaşmaları istiqamətində bir çox işlər görülür, müasir avadanlıqlarla, kitabxanalarla, idman zalları və müasir kompüter dəstləri ilə təchiz olunmuş yeni-yeni məktəb binaları tikilərək istifadəyə verilir. Məktəb tikintisi təkcə Naxçıvan şəhəri və ya rayon mərkəzləri ilə məhdudlaşmır, həmçinin ucqar dağ və sərhəd kəndlərində də ən müasir tələblərə cavab verən yeni məktəb binaları tikilib istifadəyə verilir. Yaradılan şəraitin bəhrəsidir ki, hazırda muxtar respublikada 30 minə yaxın uşaq və gənc idmanla məşğul olur, onlar idmanın müxtəlif sahələri üzrə ölkədaxili və beynəlxalq yarışların mükafatçısı və qalibi adını qazanırlar. 

Uşaqların istedadlarının üzə çıxarılması, asudə vaxtlarının və tərbiyələrinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştirakını təmin etmək məqsədilə də mühüm tədbirlər həyata keçirilir.  Bildirilmişdir ki, Ali Məclis Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilmiş, uşaq hüquqlarının müdafiəsi üçün dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilmiş, monitorinq qrupu yaradılmışdır. Uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, cari ilin ötən dövründə 17 uşaq müəssisəsində monitorinqlər aparılmışdır. Bundan əlavə, uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı təşkil olunmuş, indiyədək 25 min uşaq haqqında fərdi məlumatlar banka daxil edilmişdir. Həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə aztəminatlı, çoxuşaqlı ailələrindən olan uşaqlara dövlət qayğısının göstərilməsinə xüsusi önəm verilir. Muxtar respublikada ailələrdə himayə və qəyyumluqda yaşayan uşaqlara, həmçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün, sağlamlıq imkanı məhdud, şəhid və aztəminatlı ailələrdən olan uşaqlara bayram günlərində və tədbirlərdə hədiyyə və sovqatlar verilmiş, həmçinin hər il 15 sentyabr Bilik Günü ilə əlaqədar müvafiq uşaqlar məktəbli paltarı, dərs ləvazimatları və qış geyimi ilə təmin olunmuşdur.  Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, cəmiyyətə inteqrasiyası istiqamətində də muxtar respublikada kompleks tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası da nəzarətdə saxlanılmış, cari il ərzində onlardan 69-u məktəb, məktəbəqədər, məktəbdənkənar və müalicə reabilitasiya müəssisələrinə, cəlb olunmuşdur. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublikamızda qeydiyyatda olan sağlamlıq imkanları məhdud uşaqların xəstəlikləri üzrə təhlillər aparılır, muxtar respublikanın rayon və kənd mərkəzlərində belə xəstəliklərin qarşısının alınması ilə əlaqədar qadınlar arasında maarifləndirici tədbirlər həyata keçirilir. Həmçinin sağlamlıq imkanları məhdud uşaqların tarixi abidələrə və muzeylərə ekskursiyaları təşkil edilir, yaradıcı uşaqların üzə çıxarılması məqsədilə müsabiqələr keçirilir. Eyni zamanda müvafiq kateqoriyadan olan uşaqların iştirakı ilə solo konsert və tamaşalar hazırlanır, rəsm və əl işlərindən ibarət sərgi və sərgi-satışlar təşkil edilir, həmçinin Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil olunur. Qeyd olunmuşdur ki, uşaqların sağlamlıqlarının qorunması ilə bağlı həyata keçirilən tədbirlərin nəticəsi olaraq uşaq tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, müasir avadanlıqlarla təchiz edilməsi əhali arasında geniş maarifləndirmə işinin aparılması istiqamətlərində mühüm addımlar atılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması bu sahədə atılan mühüm addımlardan biridir. Görülən işlərin nəticəsidir ki, ildən-ilə sağlamlıq imkanı məhdud olan uşaqların sayı azalmış, uşaq ölümü halları minumuma endirilmişdir. Sevindirici haldır ki, muxtar respublikada qazanılan hərtərəfli uğurlar sırasında ailələrimizin davamı, dövlətimizin gələcəyi olan uşaqlarla bağlı gerçəkləşdirilən davamlı siyasətin ürəkaçan, sevincli nəticələri də gözqabağındadır. Göstərilən diqqət və qayğının nəticəsində muxtar respublikada dövlət uşaq müəssisələrində valideynləri tərəfindən tərk edilmiş, məktəbdən yayınan, hüquq pozan cinayət məsuliyyətinə cəlb olunmuş uşaq yoxdur. Qeyd olunmuşdur ki, uşaqların asudə vaxtlarının səmərəli təşkil olunması da muxtar respublikada diqqətdə saxlanılan sahələrdəndir. Bu məqsədlə bir sıra işlər görülür, uşaqların tarixi abidələrə, muzeylərə, istehsal və emal müəssisələrinə ekskursiyaları təşkil edilir, onlar arasında əyləncəli idman oyunları, yarışlar və müsabiqələr keçirilir, film, konsert proqramı və tamaşalar nümayiş olunur. Həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlar da diqqətdən kənarda qalmır. Müvafiq kateqoriyadan olan uşaqların iştirakı ilə konsert proqramı, rəsm və əl işlərindən ibarət sərgilər təşkil edilir, Ağbulaq İstirahət Mərkəzində istirahətləri təmin olunur.

Çıxış edənlər muxtar respublikada uşaqlara göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə öz minnətdarlıqlarını bildiriblər. Sonra tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2019-cu ildə təhsil, idman, incəsənət nominasiyaları üzrə 16 uşağa diplom və hədiyyə təqdim olunmuşdur.

Tədbirin bədii hissəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs qruplarının, Naxçıvan şəhərindəki 11 nömrəli uşaq bağçasının balaca fidanlarının çıxışları olmuşdur.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg