• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün419
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə419
mod_vvisit_counterBu ay45573
mod_vvisit_counterÜmumi2929712

Tarix: 23 Dek., 2024

Kəngərli rayonunda voleybol yarışına yekun vurulub

21-22 noyabr 2019-cu il tarixlərdə Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər İdman Məktəbinin  birgə təşkilatçılığı ilə Yurdçu kənd tam orta məktəbinin idman zalında Naxçıvan Muxtar Respublikasının 95 illiyi münasibətilə rayonun ümumtəhsil məktəblərinin VII-IX siniflərinin oğlanlardan və qızlardan ibarət komandaları arasında voleybol yarışı keçirilib.

Yarışı giriş sözü ilə açan Təhsil Şöbəsinin əməkdaşı Ələkbər  Ələkbərov bildirib ki, ölkəmizdə idman sahəsində həyata keçirilən tədbirlər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublikada da öz bəhrəsini verməkdədir.

O çıxışında bölgədə gənclərə və idmana göstərilən dövlət qayğısından, idman sahəsində qazanılan uğurlardan, idmanın kütləviliyinin təmin olunması, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili kimi zəruri məsələlərdən də danışıb. Sonra voleybol yarışına start verilib.

Keçirilən birincilikdə 16 komandada  192 şagird  qalib olmaq uğrunda mübarizə aparıb. Yarışın məqsədi bədən tərbiyəsi və idmanın məktəblilər arasında kütləviliyinin daha da artırılması, məktəblilərin fiziki sağlamlığının və idman vərdişlərinin artırılması, ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninin tədrisinin təkmilləşdirilməsi, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi, məktəblilər arasında idman və dostluq əlaqələrinin möhkəmləndirilməsi və vətənpərvərlik hissinin aşılanması, məktəblilərin asudə vaxtlarının səmərəli təşkil olunması, qalib məktəblərin Respublika səviyyəli yarışlarda iştirakının təmin edilməsindən ibarətdir.

Qeyd edək ki, iki gün davam edən yarışda birinci gün ümumtəhsil məktəblərinin qızlardan ibarət komandaları, ikinci gün isə oğlanlardan ibarət komandaları mübarizə aparıb.

Beynəlxalq Voleybol Federasiyasının oyun qaydalarına uyğun keçirilən birinciliyin yekun nəticələrinə əsasən, qızlardan ibarət komandalar arasında Çalxanqala kənd tam orta məktəbinin komandası I, Qıvraq qəsəbə tam orta məktəbinin komandası II, Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin komandası III, Yurdçu kənd tam orta məktəbinin komandası isə həvəsləndirici yerə layiq görülüb. Oğlanlardan ibarət komandalar arasında isə Çalxanqala kənd tam orta məktəbinin komandası I, Qıvraq qəsəbə tam orta məktəbinin komandası II, Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin komandası III, Qarabağlar kənd 2№-li tam orta məktəbin komandası isə həvəsləndirici yerə layiq görülüb. Sonda yer tutan komandalar təşkilatçıların diplomları ilə mükafatlandırılıblar.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg