• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün495
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə495
mod_vvisit_counterBu ay45649
mod_vvisit_counterÜmumi2929788

Tarix: 23 Dek., 2024

Şahmat üzrə növbəti interaktiv dərs keçirilmişdir

İntellektual idman növü kimi şahmatın inkişafına muxtar respublikamızda ciddi diqqət yetirilir. Bu məqsədlə şəhər və rayonlarda şahmat məktəbləri tikilərək istifadəyə verilib, həmin məktəblərin maddi-texniki bazası gücləndirilib. Şahmat dərslərinin tədrisi səviyyəsinin artırılır, Uşaq-Gənclər Şahmat məktəblərinin fəaliyyəti gücləndirilir. “Pillə-Pillə” və “Debütdə buraxılmış səhvlərə aid 1000 oyun” kitabı nəşr olunaraq ümumtəhsil məktəblərinə verilib. Eyni zamanda müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş şahmat məktəblərində Təhsil Nazirliyi Şahmat Federasiyası ilə birlikdə hər ay interaktiv şahmat məşğələləri təşkil edir.

Həmin tədbirlərin davamı olaraq noyabrın 27-də Naxçıvan Şahmat Mərkəzində “Şotland oyunu” mövzusunda növbəti interaktiv dərs keçirilib. Dərs beynəlxalq dərəcəli hakim, Naxçıvan Şahmat Mərkəzinin direktoru Emin Hacıyev tərəfindən keçirilib. Qeyd olunub ki, debütlərin 3 növü var: Açıq, yarımaçıq, qapalı. Daha sonra açıq debütlərə misal olaraq “Şotland oyunu” haqqında şagirdlərə geniş məlumat verilmişdir.

İnteraktiv şahmat məşğələsi saat 11:00-da ümumtəhsil məktəblərinin şagirdləri üçün, 12:00-da ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün keçirilmişdir. Məşğələdə elektron vasitələrdən istifadə edilməsi qaydaları izah edilib. Bununla yanaşı saat 15:00-da isə rayon şahmat məktəbləri ilə keçirilən interaktiv dərsdə muxtar respublika şahmatçılarının oyunları təhlil edilmişdir.

İnteraktiv dərs 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən, şahmat məktəblərində isə 250-dən çox şahmatçı tərəfindən elektron lövhə vasitəsilə izlənilib. İnteraktiv dərs ­zamanı şahmatçıları maraqlandıran suallar cavablandırılıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg