Naxçıvan Dövlət Universitetinin bir qrup müəllim və tələbələri Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbində olublar. Məktəbin dərs hissə müdiri Mehman Vəlibəyov bildirib ki, məktəbdə 20 uşaq təhsil və tərbiyə alır. Bunlardan 4 nəfəri hər iki valideynini itirən şagirdlərdir. Məktəbdə şagirdlərin yüksək təhsil almaları üçün rahat şərait yaradılıb. Tələbələr şagirdlərlə ünsiyyətdə olub, onları oxumağa həvəsləndirən maairfləndirmə söhbətləri aparıblar. Şagirdlərlə maraqlı oyunlar, intellektual yarışlar da keçirilib.
Tələbələr məktəbliləri müxtəlif hədiyyələrlə də sevindiriblər.