Məktəblilər arasında voleybol üzrə muxtar respublika birinciliyinə yekun vurulub. Naxçıvan Olimpiya İdman Kompleksinin ev sahibliyi etdiyi birincilikdə oğlan və qız komandalar mübarizə aparıb. Yarış Gənclər və İdman, Təhsil Nazirlikləri və Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə reallaşıb.
Qızlar arasındakı final qarşılaşmasında Şərur və Culfa komandaları qarşılaşıb. Hər iki setdə üstün olan culfalılar yarışın qalibi olublar.
Oğlanların mübarizəsində də Şərur və Culfa məktəbliləri üz-üzə gəlib. Gərgin və maraqlı keçən həlledici oyunda Culfa komandası rəqibini 25:22 və 25:15 hesabı ilə məğlub edərək birinci yerə layiq görülüb. Kəngərli təmsilçiləri isə üçüncü olub.
Mükafatlandırma mərasimində Gənclər və İdman naziri Azad Cabbarov, Təhsil naziri Rəhman Məmmədov və Voleybol Federasiyasının sədri Mənşur Gülməmmədli yer tutan komandalara kubok və diplomlar təqdim ediblər.