28 noyabr 2019 -cu il tarixdə Culfa şəhər 3 nömrəli tam orta məktəbində 9-11 sinif şagirdləri arasında "Oxunması zəruri olan kitablar"la bağlı viktorina keçrildi. Viktorinanı keçirməkdə məqsəd şagirdlərdə "Oxunması zəruri olan kitablar"a marağı artırmaqdan ibarət idi. Şagirdlər öz qabiliyyətlərini-əzmkarlıqla, mübariz şəkildə göstərdilər. I yerə məktəbin Xa sinfi, II yerə məktəbin IXb sinfi, III yerə məktəbin IXa sinfi layiq görülmüşlər.
Sonda qaliblər məktəb rəhbərliyi tərəfindən mükafatlandırılmışlar.