• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün493
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə493
mod_vvisit_counterBu ay45647
mod_vvisit_counterÜmumi2929786

Tarix: 23 Dek., 2024

Culfa şəhər 2 nömrəli tam orta məktəbdə kitab müzakirəsi keçirilmişdi

Culfa şəhər 2 nömrəli tam orta məktəbində Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə həyat və yaradıcılığı, əsərləri haqqında kitab müzakirəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Abuzərov Ramazan vurğulamışdır ki, Azərbaycan ədəbiyatının görkəmli nümayəndəsi, dahi şəxsiyyəti, Azərbaycan ədəbiyyatında kiçik hekayənin böyük ustadı, qüdrətli dramaturq, vətəndaş publisist Mirzə Cəlil Məmmədquluzadə görkəmli yazıçı və tanınmış ictimai xadimdir. Cəlil Məmmədquluzadə görkəmli və tanınmış ictimai xadim kimi Azərbaycan xalqının və ədəbiyyatının milli mənəvi iftixarıdır.

Cəlil Məmmədquluzadənin yaradıcılığı bütün dövrlər üzrə yeni nəsillər üçün müstəqillik, azərbaycançılıq, millilik və vətəndaşlıq tərbiyəsi məktəbidir. 22 fevral 1869-cu ildə Azərbaycanın qədim mərkəzlərindən sayılan Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini mollaxanada alan şair daha sonra Naxçıvan şəhər üçsinifli ibtidai təhsil, Qori Müəllimlər Seminariyasında davam etmişdir.

 

Müzakirəni davam edən məktəbin direktoru Ağayeva Səyyarə bildirmişdir ki, Vasif Talıbovun 28 avqust 2017-ci il tarixdə “Oxunması zəruri olan kitablar” siyahısına daxil edilən Cəlil Məmmədquluzadə azərbaycançılıq ideologiyasının yaradıcılarından biri “Molla Nəsrəddin” ədəbi məktəbinin tənqidi realizmin banisi kimi geniş şöhrət qazanmışdır. İctimai xadim və yazıçı kimi böyük nüfuz qazanması müəyyən dairələrdə ona paxıllıq və qısqanclığın artmasına səbəb olmuşdur. Belə çətin, mürəkkəb vəziyyətə baxmayaraq, Cəlil Məmmədquluzadə sovet dövründə bədii yaradıcılığını davam etdirmişdir. Qüdrətli yazıçı Azərbaycan ədəbiyatına təkcə milli istiqlal ideyalarını və motivlərini gətirməklə kifayətlənməmiş, özü də şəxsən millətimizin istiqlalı yolunda hər cür fədakarlıq göstərmişdir. Cəlil Məmmədquluzadə ədəbiyyatda və ictimai həyatda Azərbaycanın milli oyanışı, dirçəlişi və müstəqilliyi uğrunda mübarizənin möhkəm bünövrəsini yaratmışdır. Sonrakı dövrlərin milli istiqlal düşüncələri və hərəkatları həmin bünövrə zəminində ucalmış və zaman-zaman yayılmış, inkişaf etmişdir. Cəlil Məmmədquluzadənin dramaturgiyasından söhbət açan məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kərimova Şəlalə bildirmişdir ki, ilk dram əsəri olan şeirlə yazılmış “Çay dəsgahı” ədəbiyyatımızda birinci alleqorik və mənzum dram əsəridir. Bu əsər milli uşaq dramaturgiyasının ilk nümunəsi kimi də mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dramaturgiyasının nadir və bənzərsiz nümunəsi olan “Ölülər” tragikomediyası Azərbaycanın və ümumən türk-müsəlman dünyasının cəhalət və mövhumat əsarətindən xilası davasında atılmış atom bombası qədər təsirli bir bədii əsərdir.

Tədbirin sonunda məktəbin şagirdləri Cəlil Məmmədquluzadənin əsərlərindən bədii qiraət etmişlər.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg